XƏBƏR LENTİ
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026



Basketbol Liqası: Bu gün XII tura start veriləcək
İdman 13:39 / 08.01.2026

Bu gün Azərbaycan Basketbol Liqasında XII turun oyunlarına start veriləcək.

Turun ilk oyun günündə B qrupunda iki qarşılaşma təşkil olunacaq. Günün ilk oyunu "Quba" və "Ordu" komandaları arasında baş tutacaq. Saat 15:00-da start götürəcək oyun Quba Olimpiya İdman Kompleksində keçiriləcək. Günün ikinci oyunu isə saat 20:00-da "Sərhədçi" və "Lənkəran" komandaları arasında olacaq. Oyun "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. Tura yanvarın 11-də yekun vurulacaq.


4221 oxunub

InvestAZ