XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026



Paytaxtımızda keçiriləcək dünya çempionatının tarixi açıqlanıb
İdman 15:15 / 09.01.2026
Bu il Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının tarixi müəyyənləşib.
Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış iyunun 1-14-də Binə Atçılıq Mərkəzində təşkil olunacaq.
Turnirdə hələlik Azərbaycanla yanaşı, Malta, Polşa, Özbəkistan, Qazaxıstan, Niger və Nigeriyanın iştirakı təsdiqlənib. Komanda sayını 9-a çatdırmaq məqsədilə fevralda Argentina çempionatı keçiriləcək və ilk iki yeri tutan yığmalar mundiala vəsiqə qazanacaqlar. Bir iştirakçı isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.
Qeyd edək ki, bu, Azərbaycanda çövkən üzrə təşkil olunacaq 2-ci dünya çempionatıdır. Ölkəmiz bu yarışa daha əvvəl 2024-cü ildə ev sahibliyi edib.


4751 oxunub

InvestAZ