XƏBƏR LENTİ
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025
02 Dekabr 2025



UEFA Çempionlar Liqası: Bu gün pley-off mərhələsinin daha dörd oyunu keçiriləcək
İdman 10:08 / 12.02.2025

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Son oyun günündə də 4 qarşılaşma keçiriləcək. Əvvəlcə Belçikada "Brügge” və İtaliyanın "Atalanta” klubları üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Günün digər oyunları saat 00:00-da başlayacaq. "Feyenoord" Niderlandda "Milan"ı qəbul edəcək. "Seltik" doğma meydanda "Bavariya" ilə, "Benfika" isə səfərdə "Monako" ilə üz-üzə gələcək.  

Qeyd edək ki, pley-off mərhələsinin cavab matçları fevralın 18-19-da təşkil ediləcək. 


14089 oxunub

InvestAZ