XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Azərbaycan Güləş Federasiyası və MOK müxtəlif layihələri müzakirə edib
İdman 12:54 / 28.01.2026
Azərbaycan Güləş Federasiyası (AGF) müxtəlif sahələrin inkişaf etdirilməsi üçün yeni layihələrin həyata keçirilməsini planlaşdırır.
Müxtəlif layihələrlə bağlı AGF-nin ofisində Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri ilə görüş keçirilib. MOK-un Beynəlxalq Proqramlar İdarəsinin müdiri Ceyhun Rəhmanovla keçirilən görüş zamanı bir sıra strateji əhəmiyyətli məsələlər müzakirə olunub. Məşqçilər üçün beynəlxalq təlim və sertifikasiya proqramlarında iştirak imkanları, müxtəlif ölkələrin təcrübəsinə əsaslanan milli idman sistemlərinin təkmilləşdirilməsi modelləri, eləcə də gənc atletlərin inkişafına yönəlmiş beynəlxalq layihə və proqramlara qoşulma perspektivləri ətraflı şəkildə dəyərləndirilib.


4241 oxunub

InvestAZ