XƏBƏR LENTİ
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Beynəlxalq dərəcəli hakimimiz Çelenc Kubokunun oyununa təyinat alıb
İdman 13:45 / 28.01.2026

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Çelenc Kubokunun oyununa təyinat alıb. Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alan Eldar Zülfüqarov bu gün Macarıstanda keçiriləcək qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsinin "Kapoşvari" (Macarıstan) - "Nova Qoritsa" (Sloveniya) qarşılaşmasında ikinci hakim olacaq.

Oyunun baş hakimi funksiyasını isə türkiyəli Cevril Ebru Kaya yerinə yetirəcək.

CEV Hakimlər Komitəsi bu il "CEV Mentoring Program 2026" layihəsinə start verib. Layihəyə 16 təcrübəli hakim (layihə zamanı onlar mentor adlanırlar) cəlb olunub. Onlardan biri də həmyerlimiz Eldar Zülfüqarovdur.

Layihə çərçivəsində yeni hakimlər yarışlarda birinci hakim olaraq təyinat alırlar. Təcrübəli referilər isə oyunda ikinci hakim olurlar və matçdan sonra yeni hakimlərin işini qiymətləndirirlər.


149 oxunub

InvestAZ