XƏBƏR LENTİ
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Yüksək Liqada V tur başa çatdı
İdman 20:45 / 09.01.2025

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada növbəti turun oyunları keçirilib. Turun ilk oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. "Murov Az Terminal” komandası  "Abşeron”la üz-üzə gəlib. 3 set davam edən matçda "Abşeron” 3:0 hesablı qələbə qazanıb. 

Eyni məkanda keçirilən günün ikinci oyununda "Azərreyl” və "Gəncə” komandaları qarşılaşıb.  Meydan sahibindən üstün olan qonaqlar 0:3 hesabı ilə qalib gəliblər.

UNEC VK-nın idman zalında təşkil olunan V turun digər görüşündə isə "Milli Aviasiya Akademiyası” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında VI turun oyunları yanvarın 15-də keçiriləcək.

15804 oxunub

InvestAZ