XƏBƏR LENTİ
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026



COP29 iştirakçılarına gənclərin iqlim siyasətində roluna dair məruzə təqdim edilib
İdman 11:36 / 12.11.2024

Bakı Olimpiya Stadionunun COP29 iqlim sammiti üçün ayrılmış "Natəvan” konfrans zalında müvafiq beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə brifinq keçirilib və burada nümayəndələrə gənclərin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməsi üzrə demək olar ki, bütün sahələri əhatə edən geniş məruzə təqdim olunub.

Tədbirdə bəşəriyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsində gənclərin fəal iştirakının artan əhəmiyyəti və iqlim problemlərinin həllinin sonrakı nəsillərə həvalə edilməsinin yolverilməzliyi qeyd edilib.

Sonra istedadlı gənclərin – Kanadanın bir universitetinin tələbələrinin hazırladığı, cəmiyyətin iqlim problemləri ilə bağlı maarifləndirilməsinə yönəlmiş cizgi filmi nümayiş etdirilib.


15842 oxunub

InvestAZ