XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Çempionlar Liqası: “Şəhərlilər” Madriddən sülhlə qayıtdı
Müsahibə 09:37 / 10.05.2023

Ötən gecə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start verilib. İlk oyun günündə bir qarşılaşma təşkil olunub. Turnirin son qalibi İspaniyanın "Real Madrid" klubu İngiltərənin "Mançester Siti” komandasını qəbul edib. "Santyaqo Bernabeu” stadionunda oynanılan matçda qalib müəyyənləşməyib – 1:1.

Matçda Madrid təmsilçisinin heytində Vinisyus Junior, "Mançester Siti”də isə Kevin De Bruyne fərqlənib.

Komandalar arasında cavab oyunu mayın 17-də keçiriləcək.


38706 oxunub

InvestAZ