XƏBƏR LENTİ
24 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Azərbaycan Kuboku: I təsnifat mərhələsi yekunlaşdı
Müsahibə 18:07 / 14.10.2024

Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.

Günün yeganə matçında II Liqa təmsilçiləri - "Dinamo" və "Füzuli" komandaları üz-üzə gəliblər.

Neftçi Futbol Mərkəzində reallaşan qarşılaşma "Dinamo"nun 4:0 hesablı qələbəsi ilə bitib.

Komanda II təsnifat mərhələsində "Səbail"ə rəqib olub.

Qeyd edək ki, daha əvvəl "Şahdağ Qusar" "Kür-Araz"ı (3:1), "Şəfa" "Saatlı-Araz"ı (2:0), "Şəmkir" "Şəki City"ni (1:0), "Ağdaş" "Lerik"i (4:0), "Şimal" "Qusar"ı (4:1), "Hypers Guba" "Göygöl"ü (3:2) məğlub edərək növbəti raunda yüksəlib.


32153 oxunub

InvestAZ