SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Araz-Naxçıvan"dan inamlı qələbə

\"Araz-Naxçıvan\"dan inamlı qələbə

İdman

15.05.2026, 21:45

Futbol üzrə Misli Premyer Liqasının XXXII turu çərçivəsində daha bir oyun keçirilib.

Olimpiyadunyasi.com xəbər verir ki, "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gəlib.

"SOCAR Polymer Arena"da baş tutan matç Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Patrik Andrade (36) və Ramon Maçado (76) vurublar.

Bu nəticədən sonra "Araz-Naxçıvan" 43 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 27 xala malik "Kəpəz" isə 10-cudur.

Qeyd edək ki, bu gün keçirilən digər görüşdə "Qəbələ" "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.

Dİgər xəbərlər