SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Misli Premyer Liqasında XXXII tur başlayır

Misli Premyer Liqasında XXXII tur başlayır

İdman

Bugün, 10:25

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXII turun oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. 

Əvvəlcə "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edəcək. Yevlax şəhər stadionunda, saat 17:00-da başlayacaq matçı Əli Əliyev idarə edəcək. Yevlax təmsilçisi hazırda 14 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb. 21 xala malik "Qəbələ" isə 11-cidir.

Günün son matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək. "SOCAR Polymer Arena"da, saat 19:30-da start götürəcək görüşü Rəşad Əhmədov idarə edəcək. "Araz-Naxçıvan" 40 xalla 7-ci yerdədir. 27 xala malik Gəncə klubu isə 10-cudur.

Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.

Dİgər xəbərlər