SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Cüdoçularımız Avropa kubokunda iştirak edəcəklər

Cüdoçularımız Avropa kubokunda iştirak edəcəklər

İdman

Bugün, 11:01

Mayın 16-17-də Polşanın Bielsko-Biala şəhərində cüdo üzrə Avropa Kuboku keçiriləcək. 

Olimpiyadunyasi.com xəbər verir ki,  bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 36 ölkədən 786 (449 oğlan, 337 qız) idmanının iştirak edəcəyi Avropa Kubokunda Azərbaycan cüdoçuları da qüvvələrini sınayacaq. 

Ölkəmiz yarışda 16 çəki dərəcəsində 31 cüdoçu (17 oğlan, 14 qız) ilə təmsil olunacaq. Milli komandaya yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcəklər.

Oğlanların yarışında Nihad Ağayev, Fərid Rzazadə (hər ikisi -50 kq), Fərid Xudiyev, İbrahim Talıbov, Rza Xəlilli (hamısı -55 kq), Mehman Əsgərov, Məhəmmədəli Hüsiyev (hər ikisi -60 kq), İlkin Qarayev, Elgün Ələkbərov (hər ikisi - 66 kq), Sadiq Məmmədov

Yusuf Nəzər (hər ikisi -73 kq), Yaqub Məmmədov, Ayxan Həsənli (hər ikisi -81 kq), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi -90 kq), Tamerlan Əliyev və Ruslan Kazımov (hər ikisi +90 kq) tatami üzərinə çıxacaq. 

Qızların mübarizəsində isə Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi -40 kq), Pərvin Sevxanlı, Fatimə Abdullayeva (hər ikisi -44 kq), Könül Eyvazlı, Fatimə Fərmanzadə (hər ikisi -48 kq), Zəhra Mövləmverdiyeva, Tövsiyyə Babayeva (hər ikisi -52 kq), Gülnaz Məmmədtağıyeva, Səmayə Yusifli (hər ikisi -57 kq), Nəzakət Vəliyeva, Zilan Hüseynli (hər ikisi -63 kq), Məsumə Məmmədli (-70 kq) və Zemfira Əliyeva (+70 kq) qüvvəsini sınayacaq. 

Dİgər xəbərlər