SON XƏBƏRLƏR
-
Bugün, 13:03
İdman“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
-
Bugün, 12:49
İdmanDuşan Vlahoviç “Beşiktaş”la razılaşdı
-
Bugün, 12:14
İdman“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
-
Bugün, 11:54
İdmanPilotların yay tətili bir illüstrasiyada yer alıb
-
Bugün, 11:43
İdman"Korintians" Memfis Depayla yollarını ayırdı
-
Bugün, 11:10
İdmanBu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
-
Bugün, 10:50
İdmanMonako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
-
Bugün, 10:30
İdmanKriştianu Ronaldo və Corcinya Rodriges evləndi
-
Bugün, 10:18
İdmanRoberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
-
Bugün, 10:12
İdmanLeverkuzenlilərdən yeni transfer
-
Bugün, 00:15
İdman"Sabah"ın rəqibi müəyyənləşdi
-
11.08.2026, 22:38
İdman"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
-
11.08.2026, 22:02
İdmanÇempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
-
11.08.2026, 21:08
İdmanHoradizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
-
11.08.2026, 13:50
İdmanBelçikalı ulduz futbolçu "Fənərbağça"da
-
11.08.2026, 10:28
İdmanÇempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
-
11.08.2026, 10:14
İdmanAtletimiz Azərbaycan rekordunu yeniləyib
-
10.08.2026, 20:48
İdmanBakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
-
10.08.2026, 20:05
İdman"More than medals" layihəsinin yubileyi münasibətilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
-
10.08.2026, 19:16
İdmanGüləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
-
10.08.2026, 17:19
İdmanAzərbaycan komandası U-19 Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
-
10.08.2026, 12:49
İdman"Zirvəni fəth et"
-
10.08.2026, 11:02
İdmanMəktəbli boksçularımız fəxri kürsüdə
-
10.08.2026, 10:18
İdmanCüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edirlər
-
10.08.2026, 00:55
İdmanAzərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular
-
10.08.2026, 00:14
İdmanKlublararası ölkə çempionatı yekunlaşdı
-
07.08.2026, 14:40
İdmanQızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
-
07.08.2026, 13:38
İdmanCüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib
-
07.08.2026, 13:18
İdman"Tottenhem" Miki van de Venlə yeni müqavilə üzrə razılığa gəlib
-
07.08.2026, 12:51
İdmanLui van Qal xərçəngə qalib gəldi
-
07.08.2026, 12:24
İdmanBədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
-
07.08.2026, 11:13
İdmanAzərbaycanlı tədqiqatçı Ankarada beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib
-
07.08.2026, 10:40
İdman"Lids Yunayted" tarixinin ən bahalı transferini reallaşdırdı
-
07.08.2026, 10:28
GündəmPaytaxtımız beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
Beynəlxalq Olimpiya Günü münasibəti ilə “Xatirələrdə yaşayanlar” adlı tədbir keçirilib
MOK
23.06.2026, 14:22
Bu gün 23 iyun - Beynəlxalq Olimpiya Gününə həsr olunmuş, Azərbaycan idmanının şanlı tarixini yazmış, ölkəmizə Olimpiya zəfərləri qazandırmış və artıq aramızda olmayan əfsanəvi idmançılarımızın və idman xadimlərimizin əziz xatirəsinə həsr olunmuş “Xatirələrdə yaşayanlar” adlı tədbir keçirilib.
Olimpnews.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK), Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Veteranlari İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir Bakı Gənclər Mərkəzində təşkil olunub.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, millət vəkili Könül Nurullayeva, Olimpiya çempionları, idman veteranları və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl mərhum idman veteranlarına həsr olunmuş fotosərgisinə baxış keçirilib.
Tədbirin rəsmi hissəsində dünyasını dəyişmiş əfsanəvi idmançılarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Olimpiya günü çərçivəsində idman tariximizin qəhrəmanlarına və idman veteranlarımızın şərəfli ömür yoluna həsr olunmuş sənədli film nümayiş etdirilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb.
“Bu gün həqiqətən çox maraqlı və təsirli gündür. Tədbirdən əvvəl foyedə təşkil olunan sərgi Azərbaycan idmanının nə qədər zəngin tarixə malik olduğunu bir daha göstərdi. İdmançı və məşqçilərin fəaliyyətinin bu cür qeyd olunması qürurvericidir. Bu gün tədbirdə iştirak edən veteranlar arasında Olimpiya və dünya çempionları, eləcə də dünya rekordçuları var. Azərbaycan idmanı böyük inkişaf yolu keçib və bu uğurlarda bu gün burada əyləşən veteranlarımızın çox böyük payı var", - deyə Çingiz Hüseynzadə qeyd edib.
MOK rəsmisi çıxışının sonunda tədbir iştirakçılarını və veteranları Beynəlxalq Olimpiya Günü münasibətilə təbrik edib.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında bildirib ki, tədbirdə nümayiş olunan film və sərgi Azərbaycan idmanının zəngin tarixi və güclü ənənələrini bir daha nümayiş etdirir. Nazir müavini veteranları gənc idmançılara dəstək olmağa və öz təcrübələrini bölüşməyə çağıraraq, Azərbaycanın idman uğurlarının davamlı olacağına inamını ifadə edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxışında Beynəlxalq Olimpiya Günü münasibətilə veteran idmançıları təbrik edib, onlara möhkəm cansağlığı və uzun ömür arzulayıb. Adil Əliyev vurğulayıb ki, veteranlar Azərbaycan idmanının canlı tarixidir və onların keçdiyi yol, qazandıqları uğurlar gənc nəsil üçün mühüm örnəkdir.
Tədbirdə çıxış edən Zemfira Meftaxetdinova Azərbaycan idman ailəsinin üzvü olması ilə fəxr etdiyini bildirib. O, veteran idmançılara Azərbaycan Prezidenti tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edib ki, tədbir çərçivəsində nümayiş etdirilən tarixi kadrlar şanlı idman yolunu bir daha xatırladıb və bu gün gənclərin həmin yolu uğurla davam etdirdiyini göstərib. Olimpiya çempionu Beynəlxalq Olimpiya Günü münasibətilə veteranları və idmançıları təbrik edərək, onlara cansağlığı və uğurlar arzulayıb.
Tədbirdə çıxış edən professor Dilqəm Quliyev Olimpiya Hərəkatının mahiyyətindən danışaraq iştirakçıları bayram münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycanda idman və Olimpiya Hərəkatının inkişafında veteran idmançıların rolu əvəzsizdir və onların qazandıqları nailiyyətlər gənc nəsil üçün mühüm nümunədir.
O, çıxışının sonunda Milli Olimpiya Komitəsinin dəstəyi ilə nəşr olunan “Olimpiya Təhsili” adlı dərs vəsaitini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.