SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Məktəbli boksçularımız fəxri kürsüdə

Məktəbli boksçularımız fəxri kürsüdə   

İdman

Bugün, 11:02

Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir keçirilib.

5 ölkənin iştirakı ilə təşkil olunan yarışa Azərbaycan millisi 2 idmançı ilə mübarizə aparıb və onların hər ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Boksçulardan - Sərxan Haqverdiyev (70 kiloqram) və Teymur Tanrıverdiyev (+70 kiloqram) bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələniblər. Finalda yerli idmançılarla döyüşən boksçular görüşü vaxtından əvvəl tam üstünlüklə öz xeyirlərinə bitiriblər.

Komandanın çalışdırıcısı Etibar Abdullayev isə turnirin ən yaxşı məşqçisi seçilib.

Dİgər xəbərlər