SON XƏBƏRLƏR
-
Bugün, 11:28
İdmanAzərbaycan Premyer Liqasında yeddinci tura start verilir
-
Bugün, 11:09
İdmanBasketbol Liqasında ikinci tur başlayır
-
Bugün, 10:55
İdmanOlimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
-
Bugün, 10:36
İdman8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
-
Bugün, 10:01
İdmanOlimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
-
08.10.2026, 18:41
İdmanDünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
-
08.10.2026, 15:56
MOKMOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
-
08.10.2026, 15:49
İdmanCüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
-
08.10.2026, 15:18
İdmanDünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
-
08.10.2026, 11:02
İdmanAvropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
-
08.10.2026, 10:53
İdmanAzərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
-
08.10.2026, 10:40
İdmanIII Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
-
08.10.2026, 10:35
İdmanBeynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
-
08.10.2026, 10:04
İdmanDünya çempionatında beşinci yarış gününə start verilir
-
07.10.2026, 21:44
İdmanZelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
-
07.10.2026, 20:34
İdmanÖmər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
-
07.10.2026, 19:09
İdmanDünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
-
07.10.2026, 18:46
İdmanCüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
-
07.10.2026, 18:37
İdmanCüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
-
07.10.2026, 18:15
İdmanLotar Matteus: "Cüdo məni özünə valeh edir"
-
07.10.2026, 15:27
İdmanDünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
-
07.10.2026, 14:58
İdmanDünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
-
07.10.2026, 14:53
İdmanCüdoçumuz bürünc medal uğrunda yarışacaq
-
07.10.2026, 13:14
İdmanCüdoçumuzdan dünya çempionatında növəti qələbə
-
07.10.2026, 12:59
İdmanParakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
-
07.10.2026, 12:49
İdmanDaha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
-
07.10.2026, 12:26
İdmanDünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
-
07.10.2026, 12:02
İdmanBeşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
-
07.10.2026, 11:46
İdmanDünya çempionatı: Cüdoçumuzdan uğurlu start
-
07.10.2026, 11:03
İdmanAzərbaycan Kubokunda yeni mövsüm başlayır
-
07.10.2026, 10:49
İdmanMessi millidəki karyerasını başa vurdu
-
07.10.2026, 10:35
İdmanAvropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəlib
-
07.10.2026, 10:01
İdmanBu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
-
06.10.2026, 21:21
İdmanRəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
İdman
Bugün, 10:36
Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
Olimpiyadunyasi.com xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 6 idmançısı yarımfinala yüksəlib.
Cəmilə Muradlı (57 kq) Rozali Uhrova (Çexiya) ilə qarşılaşıb. Döyüş təmsilçimizin 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda Morena Stifani (İtaliya) ilə üz-üzə gələcək.
Həsrət Məmmədov (46 kq) Kristian Mezesi (Slovakiya) cəmi 79 saniyəyə üstələyib. Boksçumuz final uğrunda Ronan Çarlzla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.
İsmayıl Nəsirzadə (52 kq) Qleb Qrinblatı (İsrail) məğlub edib – 5:0 (29:26, 29:26, 29:25, 29:25, 30:24). O, növbəti cəhdində Martin Nevini (İrlandiya) sınağa çəkəcək.
Qardaş Rəhimov (54 kq) bu dəfə Mikita Beskaravainy (Belarus) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü yarımfinalda Strahinya Mrdakla (Monteneqro) gücünü yoxlayacaq.
Məhəmmədəli İstamov (57 kq) Eleftherios Zurnatsisə (Yunanıstan) qalib gəlib. Boksçumuz ilk 2 raundu aktivinə yazdıqdan sonra rəqib məşqçi döyüşdən imtina edib. İstamov növbəti görüşündə Nikita Zaxarçenko (Ukrayna) ilə qarşılaşacaq.
Hidayət Məmmədov (70 kq) isə Sandro Tsimtsba (Rusiya) üzərində inamlı qələbə qazanıb. O, ilk raundda rəqibini nokaut edib. Məmmədov yarımfinalda Paddi Nevinlə (İrlandiya) döyüşəcək.
Nəticədə yarımfinala yüksələn boksçularımızın sayı 8-ə yüksəlib. Daha öncə Səma Abbasova (66 kq) və Xumar Cəfərli (+80 kq) də bu hüquqa yiyələnib.
Yarımfinala yüksələn milli üzvləri özləri üçün azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, finallar oktyabrın 11-də olacaq.