SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Elnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"

Elnur Amanov: \"Qazandığımız gümüş medal da yüksək nəticədir\"

İdman

Bugün, 04:48

"Yeniyetmələrin Yay Olimpiya Oyunlarında sona qədər mübarizə apardıq."

Olimpiyadunyasi.com xəbər verir ki, Bu sözləri Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən taekvondo üzrə yığma komandamızın baş məşqçisi Elnur Amanov Heydər Əliyev Beynəlxalq Hava Limanında  qarşılanma mərasimində açıqlamasında deyib. 

Baş məşqçi qeyd edib ki, Adil Kərimli finala qədər gərgin mübarizə apardı. 

"Finala qədər Afrikalı idmançılar Adil üçün əsas rəqiblərdən sayılırdı. Finalda İordaniya idmançısı ilə görüş həlledici oldu. Qızıl medalın bir addımlığında təşəbbüsü əldən verdi. Amma qazandığımız gümüş medal da yüksək nəticədir. Hesab edirəm ki, gələcəkdə daha yaxşı nailiyyətlər əldə edəcəyik", - deyə baş məşqçi Elnur Amanov bildirib.

Dİgər xəbərlər