SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Olimpiya oyunları

Bugün, 00:15

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Adil Kazımlı Dakar-2026-nın gümüş medalını qazanıb.   

Olimpiyadunyasi.com xəbər verir ki, yarışdan sonra təəssüratlarını bölüşən Adil Kazımlı təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb: 

"Yarış çox mükəmməl təşkil olunmuşdu. Məqsədim qızıl medal qazanmaq idi, lakin bu dəfə gümüş medala sahib çıxdım. Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm". 

İdmançı Oyunlar zamanı keçirdiyi ən çətin qarşılaşmanın Tunis təmsilçisinə qarşı olduğunu bildirib. O, 3 raund davam edən gərgin mübarizənin son saniyələrində üstünlük əldə edərək vacib qələbə qazandığını qeyd edib. 

Dİgər xəbərlər