SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Elgün Kərimli: “Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm”

Elgün Kərimli: “Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm”

Olimpiya oyunları

Bugün, 04:08

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir.

Olimpiyadunyasi.com xəbər verir ki, çimərlik güləşi üzrə yarışlarda Elgün Kərimli 8 Noyabr – Zəfər Günündə möhtəşəm uğura imza ataraq Yeniyetmələrin Olimpiya çempionu adını qazanıb.  

Yarışdan sonra qələbə təəssüratlarını bölüşən Olimpiya çempionu bu tarixi uğurunu ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlara həsr etdiyini bildirib: 

"8 Noyabr - Zəfər Günündə Yeniyetmələrin Olimpiya çempionu oldum. Bu qələbəmi şəhidlərimizə, qazilərimizə və bizə bu Zəfər gününü yaşadan hər bir kəsə həsr edirəm."  

Elgün Kərimli qazandığı yüksək nəticədə böyük əməyi olan məşqçilər heyətinə də təşəkkür edib. O, qarşıdakı turnirlərdə də bu uğurları davam etdirəcəyini bildirib.  

Dİgər xəbərlər