SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Çimərlik güləşçilərimiz Dakar-2026-nın finalında

Çimərlik güləşçilərimiz Dakar-2026-nın finalında

İdman

Bugün, 20:39

Azərbaycanın çimərlik güləşi üzrə komandasının üzvləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının final mərhələsinə vəsiqə qazanıblar.

Olimpiyadunyasi.com xəbər verir ki, A qrupunda keçirdiyi hər üç görüşdə qələbə qazanan Tunar Quliyev yarımfinalda Ukrayna təmsilçisi Mikita Kuzmenkoya da qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda güləşçimizin rəqibi Gürcüstan idmançısı Luka Maxaradze olacaq.

B qrupunda mübarizə aparan Elgün Kərimli də bütün görüşlərini qələbə ilə başa vurub. Yarımfinalda Seneqal təmsilçisi Ablaye Diufu məğlub edən idmançımız finala vəsiqə qazanıb. İdmançımız finalda gürcüstanlı Nuradin Mustafayevlə qarşılaşacaq. 

Dİgər xəbərlər