SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Zəfər Gününə həsr olunmuş “AzMİU IV Zəfər İdman Festivalı”na yekun vurulub  

Zəfər Gününə həsr olunmuş “AzMİU IV Zəfər İdman Festivalı”na yekun vurulub  

İdman

05.11.2026, 23:10

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İdman Klubunun və AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən “AzMİU IV Zəfər İdman Festivalı”na yekun vurulub.

Olimpiyadunyasi.com xəbər verir ki, oktyabrın 26-da start götürən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş festivalın bu gün mükafatlanma və bağlanış mərasimi keçirilib. 300 nəfərə yaxın tələbə-idmançının iştirak etdiyi festivalın son günündə futzal yarışlarının qalibləri müəyyənləşib. 

Belə ki, üçüncü yer uğrunda qarşılaşmada MİT fakültəsinin komandası "İnşaatçı" kollektivinə qalib gələrək festivalın bürünc medallarına sahib olub. Daha sonra keçirilən final qarşılaşmasında "Nəqliyyat" fakültəsinin komandası ST və MKS üzərində inamlı qələbə qazanaraq dördüncü dəfə keçirilən ənənəvi Zəfər İdman Festivalının qalibi olub. Final görüşündən sonra 11 gün davam edən “AzMİU IV Zəfər İdman Festivalı"nın voleybol (oğlanlar və qızlar), basketbol 3X3 (oğlanlar və qızlar), güləş və futzal yarışlarında yer tutan komandaların və idmançı tələbələrin mükafatlandırılma mərasiminə başlanılıb. Mərasimdə fəxri qonaq qismində bu yaxınlarda Qazaxıstanın paytaxtı Astanada keçirilən yunan-Roma güləşi üzrə 5 qat dünya çempionu olmuş Eldəniz Əzizli, futbol üzrə U18 milli komandamızın baş məşqçisi Mahmud Qurbanov, qapıçılar üzrə məşqçi Nadir Şükürov və futbol üzrə milli komandamızın keçmiş kapitanı, Tərlan Əhmədov da iştirak edib. Fəxri qonaqlar festivalda qalib olan tələbə-idmançıları təbrik edərək onlara tədris işlərində uğurlar arzulayıb. Mərasimdə, həmçinin AzMİU THİK-in sədri Şahmar Rəfili və İdman Klubunun rəhbəri Ramin Allahverdiyev universitetin rektoru professor Gülçöhrə Məmmədova başda olmaqla festivalın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Sonda Zəfər Festivalında yer tutmuş qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub. Bağlanış mərasiminə atəşfəşanlıqla yekun vurulub.

Dİgər xəbərlər