SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dakar-2026: Bu gün daha bir bayraqdarımız üzgüçülük yarışlarında mübarizəyə başlayır

Dakar-2026: Bu gün daha bir bayraqdarımız üzgüçülük yarışlarında mübarizəyə başlayır

İdman

Bugün, 09:14

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir. 

Olimpiyadunyasi.com xəbər verir ki, bu gün Azərbaycan komandasının daha bir üzgüçüsü Süleyman İsmayılzadə Dakar-2026-da mübarizəyə başlayacaq. Bayraqdarımız 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edəcək. Komandamızın üzvü Bakı vaxtı ilə saat 14:25-də yarışa qoşulacaq.  

Süleyman İsmayılzadə noyabrın 6-da isə 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparacaq. Üzgüçümüzün yarış proqramında yer alan 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışı isə suyun temperaturunun yüksək olması səbəbindən ləğv edilib.

Qeyd edək ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır.

Dİgər xəbərlər