SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Cüdo millimiz Avropa çempionatını birinci pillədə tamamladı 

Cüdo millimiz Avropa çempionatını birinci pillədə tamamladı 

İdman

Bugün, 22:28

İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında yekun vurulub. 

Olimpiyadunyasi.com xəbər verir ki, 36 ölkədən 275 (155 oğlan, 120 qız) idmançının çıxış etdiyi yarışda Azərbaycan komandası 9 oğlan cüdoçu ilə təmsil olunub. Komandamız yarışı 3 qızıl medalla başa vurub. Yarışların birinci günündə Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb. -66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib. Həlledici görüşdə İ.Rəhimov Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb. İslam Rəhimov bununla ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçumuz 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda məhz Yoxem van Harteni üstələmişdi. Yarışların ikinci günündə isə komandamızın heyətində Əjdər Bağırov (-100 kq) və Kənan Nəsibov (+100 kq) qızıl medala layiq görülüb. Əjdər Bağırov finalında Almaniya təmsilçisi Yannis Başini məğlub edib. Kənan Nəsibov isə həlledici görüşdə Vidak Malyeviçdən üstün olub. 

Beləliklə, yarışı 3 qızıl medalla tamamlayan millimiz ümumi komanda hesabında birinci yeri tuutub. 

Dİgər xəbərlər