SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Rəsmin ulduzları 3” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

\"Rəsmin ulduzları 3” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

İdman

30.10.2026, 14:21

Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində keçirilən “Rəsmin ulduzları 3” rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Olimpiyadunyasi.com xəbər verir ki, Bakı şəhərində OCEP-ə daxil olan ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan müsabiqəyə 100-dən çox rəsm əsəri təqdim edilib. Dakar 2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına həsr olunan müsabiqə 8–12 və 13–17 yaş kateqoriyaları üzrə keçirilib. Hər iki yaş kateqoriyasında I, II və III yerlərin qalibləri müəyyənləşdirilib. Mərasim zamanı qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Müsabiqənin əsas məqsədi şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onların idmana və incəsənətə marağını artırmaq, eləcə də Olimpiya dəyərlərini təşviq etməkdir.

Dİgər xəbərlər