SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Böyük Dəbilqə": Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır

\"Böyük Dəbilqə\": Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır

İdman

Bugün, 10:47

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

Olimpiyadunyasi.com xəbər verir ki, bu gün Azərbaycanın daha üç cüdoçusu tatami üzərinə çıxacaq. Yarışın ikinci günündə Olimpiya çempionu Hidayət Heydərovla (-73 kq) yanaşı, Kamran Süleymanov (-73 kq) və Südabə Ağayevə (-70 kq) qüvvəsini sınayacaq.

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq), Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medala layiq görülmüşdü. 

Dİgər xəbərlər