SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Neapolda U-23 Avropa çempionatına start verilir

Neapolda U-23 Avropa çempionatına start verilir

İdman

Bugün, 11:01

Bu gün İtaliyanın Neapol şəhərində cüdo üzrə U-23 Avropa çempionatına start veriləcək.

Olimpiyadunyasi.com xəbər verir ki, qitə birinciliyinin ilk yarış günündə Azərbaycan millisinin 6 idmançısı üç çəki dərəcəsində mübarizəyə qoşulacaq.

Oğlanlar arasında -60 kq çəki dərəcəsində Murad Muradlı 1/8 final mərhələsində ispaniyalı Unay Penyas Merino ilə qarşılaşacaq. Digər təmsilçimiz Babarəhim Mirzəyev isə növbəti mərhələyə vəsiqə uğrunda italiyalı Mario Tinelli ilə fransalı Yan Motoli Bonqambe arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.

-66 kq çəki dərəcəsində Nizami İmranov 1/8 finalda italiyalı Alessio De Luka ilə münasibətlərinə aydınlıq gətirəcək. İslam Rəhimovun rəqibi isə xorvatiyalı Kristian Butuçi ilə yunanıstanlı Adam Anastasopulos arasındakı qarşılaşmanın qalibi olacaq.

-73 kq çəki dərəcəsində mübarizə aparacaq Əbil Yusubov 1/16 final mərhələsində xorvatiyalı Luka Katiçlə, Mehdi Cəfərov isə moldovalı Vlad Mitru ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışın ilk günündə təsnifat mərhələsinin görüşləri saat 13:00-da, final bloku isə saat 19:00-da başlayacaq.

Dİgər xəbərlər