SON XƏBƏRLƏR
-
Bugün, 12:36
İdmanTunar Quliyev: “Əsas məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir”
-
Bugün, 12:26
İdmanAzərbaycanın iki taekvondoçusu Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çıxış edəcək
-
Bugün, 12:05
İdmanOyan Nəzəriani: “Ümid edirik ki, uğurlarımızı Olimpiya Oyunlarında da təkrarlaya biləcəyik”
-
Bugün, 11:26
İdmanİbrahim Talıbov: “İnanıram ki, Dakarda uğurlu çıxış edəcək və bayrağımızı yüksəklərə qaldıracağam”
-
Bugün, 11:15
İdmanBraziliya ciu-citsusu üzrə açıq turnirdə “Judo Club 2012”nin uğuru
-
Bugün, 11:05
İdmanEmin İskəndərov: “8 il sonra yenidən eyni uğuru təkrarlamaq istəyirik”
-
Bugün, 10:43
İdmanAzərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinə yekun vurulacaq
-
Bugün, 10:25
İdman"Turan" CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxır
-
Bugün, 10:18
İdman"Gəncə" Avropa Kubokunda növbəti oyununa çıxacaq
-
Bugün, 10:02
İdmanƏbu-Dabidə “Böyük Dəbilqə” turniri start götürür
-
28.10.2026, 18:48
İdmanAfrika qitəsində ilk Olimpiya həyəcanı: Dakar-2026
-
28.10.2026, 17:29
İdmanSumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi keçiriləcək
-
28.10.2026, 17:17
İdmanXankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
28.10.2026, 16:54
İdmanMillimiz FIFA U-15 dünya çempionatında Çili yığmasna məğlub oldu
-
28.10.2026, 15:27
İdmanAzərbaycan boksçularının Avropa çempionatlarında medal sayı 25-ə yüksəlib
-
28.10.2026, 13:34
İdmanBu gün Ümumdünya Cüdo Günüdür
-
28.10.2026, 11:33
Olimpiya oyunlarıAzərbaycan komandası Dakar-2026-da 13 idmançı ilə mübarizə aparacaq
-
28.10.2026, 11:10
İdmanU-15 dünya çempionatı çərçivəsində iştirakçılar üçün əyləncəli festival keçirilib
-
28.10.2026, 11:03
Müsahibə“Ümid edirik ki, Dakardan medallarla qayıdacağıq”
-
28.10.2026, 10:56
İdmanBakıda Dünya Atletikasının dəstəyi ilə seminar keçirilir
-
28.10.2026, 10:48
İdmanDünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar
-
28.10.2026, 10:28
İdman“Judo Club 2012” Bakı birinciliyində komanda hesabında qalib oldu
-
28.10.2026, 00:35
İdmanÖlkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib
-
27.10.2026, 20:19
İdmanBakı birinciliyinin qalibləri müəyyənləşib
-
27.10.2026, 19:45
İdmanKlassiklərimiz dünya çempionatını ikinci pillədə başa vurublar
-
27.10.2026, 18:02
İdmanAzərbaycan və Hindistan gənclər və idman sahələrində əməkdaşlığı müzakirə ediblər
-
27.10.2026, 14:41
İdmanDakar-2026-da Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
-
27.10.2026, 13:25
İdmanBeynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib
-
27.10.2026, 11:29
İdmanAzərbaycan təmsilçisi avrokuboklarda ilk oyununa çıxır
-
27.10.2026, 11:01
İdmanCüdoçularımız Asiya Kubokunda iştirak edəcəklər
-
27.10.2026, 10:47
İdman"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
-
27.10.2026, 10:07
İdmanBu gün dünya çempionatında Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
-
27.10.2026, 08:43
İdmanHarri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
-
26.10.2026, 17:43
İdmanAzərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Oyan Nəzəriani: “Ümid edirik ki, uğurlarımızı Olimpiya Oyunlarında da təkrarlaya biləcəyik”
İdman
Bugün, 12:05
“Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında əsas məqsədimiz uğurlu nəticələr qazanaraq ölkəmizi layiqincə təmsil etməkdir”.
Bu sözləri Olimpiyadunyasi.com-a müsahibəsində Dakar-2026-da ölkəmizi təmsil edəcək çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani deyib.
Təcrübəli mütəxəssis komandanın hazırlıq prosesi və qarşıdakı yarışla bağlı fikirlərini bölüşüb. O, Azərbaycan millisinin Oyunlarda dörd çəki dərəcəsində təmsil olunacağını bildirib.
“Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında dörd çəki dərəcəsində təmsil olunacağıq. 55 kq-da Günel Kərimli, 70 kq-da Tunar Quliyev, 80 kq-da Nihad Süleymanlı, 90 kq-da isə Elgün Kərimli mübarizə aparacaq. Hazırda sonuncu təlim-məşq toplanışındayıq və noyabrın 3-də Oyunlarda iştirak etmək üçün yola düşəcəyik.
Məşqçi kimi komandanın ümumi vəziyyətini yaxşı qiymətləndirirəm. Hazırlığın bütün mərhələlərini keçmişik. Hazırda Bakıda təşkil olunan toplanış əvvəlki bir neçə ardıcıl təlim-məşq toplanışının davamıdır. İdmançılarımızın Oyunlara hazırlığına xüsusi diqqət yetirilib.
Bildiyiniz kimi, bu il Azərbaycanda yeniyetmələr arasında U-17 dünya çempionatı keçirilib. İdmançılarımız həmin yarışda da uğurlu nəticələr qazanıblar. Bu, komandanın potensialını göstərən mühüm amillərdən biridir. Ümid edirik ki, həmin uğurlarımızı Olimpiya Oyunlarında da təkrarlaya biləcəyik.
Təbii ki, yarışda nəticə bir çox amildən, o cümlədən idmançıların həmin gün nümayiş etdirəcəkləri performansdan asılıdır. Buna baxmayaraq, hazırlıq prosesinin gedişi bizdə nikbinlik yaradır. İnanırıq ki, idmançılarımız Dakarda yaxşı nəticələr qazanaraq Azərbaycanı layiqincə təmsil edəcəklər”, – deyə Oyan Nəzəriani bildirib.