SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Əbu-Dabidə “Böyük Dəbilqə” turniri start götürür  

Əbu-Dabidə “Böyük Dəbilqə” turniri start götürür  

İdman

Bugün, 10:02

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

Olimpiyadunyasi.com xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş cüdoçusu dörd çəki dərəcəsində mübarizəyə qoşulacaq.

Qadınların yarışında Könül Əliyeva 48 kq çəki dərəcəsində 1/8 final mərhələsində özbəkistanlı Ulbusin Xakimova ilə qarşılaşacaq. 52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva isə mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi rusiyalı Karina Yefimova olacaq.

Kişilərin yarışında 60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev 1/8 final mərhələsində David Ştarkel (Sloveniya) – Nikita Anisimov (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq çəki dərəcəsində Rəşad Yelkiyev 1/16 finalda qırğızıstanlı Erbol Abasbekovla qarşılaşacaq. Eyni çəkidə çıxış edən Ruslan Paşayev isə 1/8 final mərhələsində German Kobets (Rusiya) – Tom Simxayev (İsrail) cütünün qalibi ilə gücünü sınayacaq.

Turnirin təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Dİgər xəbərlər