SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib

Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib

İdman

Bugün, 22:05

Azərbaycan Cüdo Federasiyasının (ACF) məşqçilər üçün təşkil etdiyi adaptiv cüdo kursunun praktiki məşğələsi baş tutub.

Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə ACF-nin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti, olimpiya mükafatçısı Mövlud Mirəliyev, olimpiya çempionu Zelim Kotsoyev və dünya çempionu Əhməd Yusifov məşğələyə qoşularaq adaptiv cüdo qrupunun üzvləri ilə birlikdə tatamiyə çıxıblar.

Qonaqlar uşaqlarla birgə müxtəlif hərəkət və tapşırıqları yerinə yetirib, onlarla ünsiyyət qurub və məşğələdə fəal iştirak ediblər. Səmimi atmosferdə keçən məşğələ iştirakçılar üçün həm motivasiya, həm də xoş xatirə olub.

Bu cür görüşlərin adaptiv cüdonun yalnız fiziki hazırlıq deyil, eyni zamanda, ünsiyyət, sosiallaşma və inklüzivliyin təşviqi baxımından da mühüm rol oynadığı bildirilib.

Dİgər xəbərlər