SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dakar-2026: Azərbaycan komandası ikinci pillədə qərarlaşır - MEDAL SİYAHISI

Dakar-2026: Azərbaycan komandası ikinci pillədə qərarlaşır - MEDAL SİYAHISI

Olimpiya oyunları

01.11.2026, 22:28

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ikinci yarış gününə yekun vurulub. 

Olimpiyadunyasi.com xəbər verir ki, Oyunlarda ilk qızıl medalını qazanan Azərbaycan komandası ümumi medal sıralamasında Argentina millisindən sonra ikinci pillədə qərarlaşıb. Cənubi amerikalılar bir qızıl və bir bürünc medalla siyahıya başçılıq edirlər. Azərbaycanla yanaşı, Ekvador, Misir, Yeni Zelandiya, Rusiya, Türkiyə və Ukrayna komandaları da bir qızıl medalla müvafiq olaraq 2-8-ci yerləri bölüşür. 

Ümumilikdə isə 25 ölkənin komandası müxtəlif əyarlı medallar qazanıb ki, onlardan da 8-i qızıl medal sevinci yaşayıb. 

Qeyd edək ki, Azərbaycan komandasına günün yeganə medalını cüdo yarışlarında -55 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Talıbov qazandırıb. 

Qeyd edək ki, noyabrın 13-dək davam edəcək Oyunlarda 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın gənc idmançı mübarizə aparır. Azərbaycan komandası olimpiadada 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında medal qazanan ölkələr

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1.

Argentina

1

1

0

2

2-8.

Azərbaycan

1

0

0

1

2-8.

Ekvador

1

0

0

1

2-8.

Misir

1

0

0

1

2-8.

Yeni Zelandiya

1

0

0

1

2-8.

Rusiya

1

0

0

1

2-8.

Türkiyə

1

0

0

1

2-8.

Ukrayna

1

0

0

1

9-16.

Yunanıstan

0

1

1

2

9-16.

Kanada

0

1

0

1

9-16.

Xorvatiya

0

1

0

1

9-16.

İran

0

1

0

1

9-16.

İordaniya

0

1

0

1

9-16.

Rumıniya

0

1

0

1

9-16.

Cənubi Afrika Respublikası

0

1

0

1

9-16.

Serbiya

0

1

0

1

17-25.

 Belçika

0

0

1

1

17-25.

Braziliya

0

0

1

1

17-25.

İsrail

0

0

1

1

17-25.

İtaliya

0

0

1

1

17-25.

Monqolustan

0

0

1

1

17-25.

Seneqal

0

0

1

1

17-25.

Slovakiya

0

0

1

1

17-25.

Venesuela

0

0

1

1

17-25.

Zambiya

0

0

1

1

Cəmi.

25 ölkə

8

8

11

27

Dİgər xəbərlər