SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Azərbaycan komandasının ilk idmançısı Dakar-2026-da mübarizəyə başlayır 

Azərbaycan komandasının ilk idmançısı Dakar-2026-da mübarizəyə başlayır 

İdman

Bugün, 09:45

Bu gün Azərbaycan komandasının ilk idmançısı Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Olimpiyadunyasi.com xəbər verir ki, cüdo idman növündə İbrahim Talıbov -55 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq. Oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında yarışacaq idmançımız mübarizəyə 1/4 final mərhələsindən qoşulacaq. Onun ilk rəqibi İbrahim Mussa (Mərkəzi Afrika Respublikası) - Cahan Zib Tarin (Əfqanıstan) cütünün qalibi olacaq.

Yarışların təsnifat mərhələsi Bakı vaxtı ilə saat 14:00-da, final bloku isə saat 20:00-da start götürəcək. 

Noyabrın 1-dən 3-dək keçiriləcək cüdo yarışlarında 93 ölkədən 94 idmançı (46 oğlan, 48 qız) mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan komandası Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Dakar, Diamniadio və Salidə təşkil olunan Oyunlara noyabrın 13-də yekun vurulacaq.

Dİgər xəbərlər