SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"

Gülər Hüseynova: \"Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək\"

Olimpiya oyunları

Bugün, 04:32

"Yeniyetmələrin Yay Olimpiya Oyunları tarixində gümüş medal qazanan ilk azərbaycanlı xanım boksçu kimi Vətənə qayıtmaq çox gözəl hissdir."

Olimpiyadunyasi.com xəbər verir ki, bu sözləri Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanan xanım boksçumuz Gülər Hüseynova Heydər Əliyev Beynəlxalq Hava Limanında  qarşılanma mərasimində açıqlamasında deyib.

O qeyd edib ki, bu nəticə Azərbaycan boks idmanı tarixində yeni bir səhifədə yer alacaq.

"İnanıram ki, Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əldə etdiyim bu mükafat gələcək uğurlarıma təkan verəcək. Arzu edirəm ki, belə bir parlaq nəticəni yaxın gələcəkdə böyüklərin Yay Olimpiya Oyunlarında təkrarlayım", - deyə Gülər Hüseynova bildirib.

Dİgər xəbərlər