SON XƏBƏRLƏR
-
Bugün, 15:09
MədəniyyətTapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
-
13.11.2026, 23:33
Olimpiya oyunlarıDakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
-
13.11.2026, 15:01
Olimpiya oyunlarıAzərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
-
13.11.2026, 13:31
İdmanAzərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
-
13.11.2026, 12:10
Olimpiya oyunlarıBu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
-
13.11.2026, 10:47
İdmanUEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
-
13.11.2026, 00:39
İdmanAzərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
-
12.11.2026, 23:23
İdmanQılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
-
12.11.2026, 23:07
İdmanAzərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
-
12.11.2026, 17:47
Olimpiya oyunlarıGülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
-
12.11.2026, 17:32
GündəmAzərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
-
12.11.2026, 16:14
Olimpiya oyunlarıBoksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
-
12.11.2026, 13:27
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
-
12.11.2026, 13:05
DigərAzərbaycan konstitusiyası - dövlətçilik tariximizin, suverenliyimizin və milli iradəmizin təcəssümü
-
12.11.2026, 10:29
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
-
12.11.2026, 02:33
GündəmPrezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
-
12.11.2026, 00:15
Olimpiya oyunlarıAdil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
-
11.11.2026, 23:25
Olimpiya oyunlarıBoksçumuz Dakar-2026-da final görüşünə çıxacaq
-
11.11.2026, 23:11
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandası medal siyahısının 12-ci pilləsində qərarlaşır
-
11.11.2026, 21:57
Olimpiya oyunlarıAzərbaycan taekvondoçusu Dakar-2026-da gümüş medal qazandı
-
11.11.2026, 20:25
Olimpiya oyunlarıTaekvondoçumuz Dakar-2026-nın finalında
-
11.11.2026, 18:27
İdmanBakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
-
11.11.2026, 17:04
Olimpiya oyunlarıDakar-2026: Taekvondoçumuz finalın bir addımlığında
-
11.11.2026, 16:49
Olimpiya oyunlarıDakar-2026: Boksçumuz finala vəsiqə qazandı
-
10.11.2026, 23:57
Olimpiya oyunlarıBu gün iki idmançımız Dakar-2026-da mübarizə aparacaq
-
10.11.2026, 23:24
Olimpiya oyunlarıDakar-2026: Komandamız ilk "onluğ"u tərk etdi
-
10.11.2026, 17:27
Olimpiya oyunlarıVelosipedçimiz Dakar-2026-da çıxışını başa vurdu
-
10.11.2026, 09:01
Olimpiya oyunlarıŞose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
-
10.11.2026, 04:19
Olimpiya oyunlarıTunar Quliyev: “Son saniyəyə qədər mübarizə apardım və arzuladığım qələbəni qazandım”
-
10.11.2026, 03:58
Olimpiya oyunlarıElgün Kərimli: "Xalqımızın Zəfər Günündə üçrəngli bayrağımızı fəxri kürsüdə dalğalandırdıq"
-
10.11.2026, 03:53
İdmanOyan Nəzəriani: "Biz rəqiblərimizdən hər bir cəhətdən üstün idik"
-
10.11.2026, 03:18
İdmanNihad Süleymanlı: "Gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”
-
10.11.2026, 03:08
Olimpiya oyunlarıYeniyetmələrin IV Yay Olimpiya Oyunlarında medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıdıb
-
10.11.2026, 00:45
İdmanDakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə geriləyib
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
Mədəniyyət
Bugün, 15:09
Şair, publisist və ictimai xadim Tapdıq Əlibəylinin anadan olmasının 65 illiyinə həsr edilmiş “Tapdıq Əlibəyli: sözün gözü ilə” kitabının təqdimat mərasimi keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, Azərbaycan ədəbiyyatında milli ruhu, Vətənə bağlılığı və mənəvi dəyərlərə sədaqəti yaradıcılığının əsas qayəsinə çevirən Tapdıq Əlibəyli uzun illərdir bədii sözün və publisistikanın imkanlarından istifadə edərək ictimai düşüncəyə töhfə verir. Onun qələmə aldığı şeirlərdə doğma torpağa məhəbbət, tarixi keçmişə ehtiram, yurd həsrəti və insanın mənəvi dünyası öz əksini tapır. Publisistik yazılarında isə cəmiyyətin həyatında baş verən hadisələrə münasibət, milli maraqların müdafiəsi və vətəndaş mövqeyi aparıcı yer tutur. Şairin yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlərdən biri də şəxsi hisslərin ümummilli düşüncə ilə vəhdət təşkil etməsidir.
Şairin kitabının təqdimat mərasimində tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, alimlər, şairlər, yazıçılar və digər qonaqlar iştirak ediblər. Görüş zamanı yubilyarın həyatının müxtəlif mərhələlərinə, zəngin ədəbi irsinə, jurnalistlik fəaliyyətinə və ictimai mövqeyinə nəzər salınıb. Tədbir iştirakçıları onun Azərbaycan ədəbiyyatına və ictimai fikrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Tədbiri giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, Murad Qoçuoğlu Tapdıq Əlibəylinin yaradıcılığına və keçdiyi mənalı ömür yoluna nəzər salıb. O bildirib ki, Tapdıq Əlibəyli çağdaş Azərbaycan ədəbiyyatında, mətbuatında və ictimai fikir mühitində özünəməxsus dəst-xəti, prinsipial mövqeyi və yaradıcılıq prinsiplərinə sədaqəti ilə seçilən ziyalılardandır. Murad Qoçuoğlu yubilyarın poetik düşüncəsində milli ruhun, publisistik fəaliyyətində isə ictimai məsuliyyətin mühüm yer tutduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı Tapdıq Əlibəylinin yaradıcılığında sözün mənasına və mənəvi gücünə verilən əhəmiyyəti vurğulayıb. O, yubilyarın poeziyasının yalnız poetik duyğuların ifadəsi olmadığını, eyni zamanda, onun dünyagörüşünü, əqidəsini və Vətən qarşısında məsuliyyət hissini əks etdirdiyini bildirib.
“Tapdıq Əlibəyliyə bir şair kimi dəyər vermək üçün onun sözə, sözün hikmətinə və dəyərinə həsr etdiyi şeirlərini oxumaq kifayət edər. Onun haqqında fikirlərin toplusu olan kitabın adı da bu məqamın təsdiqidir. Tapdıq Əlibəyli üçün şeir yalnız bədii forma deyil. Şeir onun üçün vicdanın səsi, mənəvi borcun ifadəsi və doğulduğu torpağa sədaqətin sözə çevrilmiş halıdır. Bu baxımdan onun yaradıcılığı təkcə ədəbi fəaliyyət deyil, həm də bir ziyalı mövqeyinin ifadəsidir. Tapdıq Əlibəyli yaradıcılığı bir həqiqəti xatırladır: insan torpağa bağlı olduqca güclüdür, sözə sədaqətli olduqca hörmətlidir, Vətənə xidmət etdikcə isə ömrü mənalı olur”, - deyə Xalq şairi fikirlərini bölüşüb.
Sabir Rüstəmxanlının çıxışı yubilyarın ədəbi irsində sözün mənəvi məsuliyyət daşıyan vasitə kimi çıxış etdiyini, onun poetik dünyasında vətəndaşlıq düşüncəsinin mühüm yer tutduğunu bir daha nümayiş etdirib.
Sonra tədbirdə Türk Ağsaqqalları İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, kitabın redaktoru Səyadulla Kərimi, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev, Qərbi Azərbaycan İcmasının Nizami rayonu üzrə nümayəndəsi Xəqani Səfərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Bilgəh Sağlamlıq Mərkəzinin baş həkimi Hacı Çingiz Ərəbli, tibbi biologiya üzrə elmlər doktoru, professor, “Alternativ Psixologiya”nın nümayəndəsi, Azərbaycan Təhsil İnstitutunun “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri Yaşar İbadov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin (UNEC RESH) direktoru, professor Mənsur Bərxudarov, şair, dramaturq Hacı Zaməddin Ziyadoğlu, nəğməkar şair, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sabir Abdin, hüquq elmləri üzrə fəlsəfə doktoru, şair-publisist Raqif Nazimoğlu, şair-publisist, Bakı İnformasiya Agentliyinin baş redaktoru, Tapdıq Əlibəyliyə həsr olunmuş “Ağ yol” poemasının müəllifi Ədalət Nəbi Qarabulud, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırov, yazıçı, aktyor, kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Yusif Əlizadə, “Azad Azərbaycan” qəzetinin redaktoru, “Gunaz.az” saytının rəhbəri Bilman İsaq, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərman Borçalı, şair-publisistlər, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Xəlil Mirzə və Şükür Müseyiboğlu Şuşalı, həkim Eldar Rəhimov, Akif Abışoğlu və digər qonaqlar çıxış ediblər.
Natiqlər yubilyarın yaradıcılığının müxtəlif istiqamətlərinə toxunaraq onun şair, publisist və ziyalı kimi fəaliyyətini dəyərləndiriblər. Çıxışlarda bildirilib ki, Tapdıq Əlibəylinin şeirlərində Vətən mövzusu yalnız doğma torpağa sevgi ilə məhdudlaşmır, həm də xalqın keçmişinə, milli kimliyinə və gələcəyinə məsuliyyətli münasibətin ifadəsi kimi diqqət çəkir. Onun poetik nümunələrində insanın daxili aləmi, tarixi yaddaş və ictimai həyatın problemləri bir-biri ilə əlaqəli şəkildə təqdim olunur.
Yubilyarın yaradıcılığında yurd həsrəti, doğma el-obaya bağlılıq, milli-mənəvi irsin qorunması və insan amili kimi mövzuların əhəmiyyəti xüsusi vurğulanıb.
Çıxışlarda Tapdıq Əlibəylinin publisistik fəaliyyətinə də geniş yer ayrılıb. Bildirilib ki, o, jurnalist kimi hadisələri işıqlandırmaqla kifayətlənməyərək, onların mahiyyətinə münasibət bildirməyi, cəmiyyət üçün əhəmiyyət daşıyan məsələləri diqqətə çatdırmağı özünün peşə və vətəndaşlıq borcu hesab edir. Onun yazılarında prinsipiallıq, obyektivliyə meyil və milli maraqlara bağlılıq əsas yaradıcılıq meyarları kimi səciyyələndirilib.
Natiqlər yubilyarın yalnız ədəbi fəaliyyəti deyil, şəxsi keyfiyyətləri, insanlarla münasibəti, dostluğa sədaqəti və ziyalı mövqeyi barədə də xoş fikirlər səsləndiriblər.
Qeyd edək ki, “Tapdıq Əlibəyli: sözün gözü ilə” kitabında şairin ədəbi irsi, poetik dünyası, publisistik yaradıcılığı, jurnalistlik fəaliyyəti və ictimai mövqeyi müxtəlif aspektlərdən işıqlandırılır. Topluya Tapdıq Əlibəylinin həyat və yaradıcılığına həsr olunmuş məqalələr, onun şəxsiyyəti və ədəbi fəaliyyəti haqqında düşüncələr, eləcə də yubilyara ithaf edilmiş şeirlər daxil edilib. Nəşrin diqqətəlayiq cəhətlərindən biri yaradıcı şəxsiyyətin portretinin müxtəlif müəlliflərin düşüncə və müşahidələri əsasında təqdim olunmasıdır. Kitabda toplanmış yazılar şairin yaradıcılıq axtarışlarına, poetik dünyagörüşünə və ədəbi mühitlə əlaqələrinə fərqli rakurslardan işıq salır. Müəlliflərin müxtəlif baxış və yanaşmaları bir-birini tamamlayaraq Tapdıq Əlibəylinin həm söz adamı, həm də ziyalı kimi daha dolğun obrazını yaradır. Bu mənada toplu yalnız yubiley münasibətilə ərsəyə gətirilmiş nəşr deyil, həm də şairin keçdiyi yaradıcılıq yolunu, ədəbi fəaliyyətinin müxtəlif istiqamətlərini və müasirlərinin onun haqqında düşüncələrini əks etdirən dəyərli mənbə kimi əhəmiyyət daşıyır.
Ədəbi irsin yaşaması üçün əsərlərin yazılması qədər onların araşdırılması, dəyərləndirilməsi və gələcək nəsillərə çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan “Tapdıq Əlibəyli: sözün gözü ilə” kitabı bir şairin ömür yoluna ehtiramın ifadəsi olmaqla yanaşı, onun yaradıcılığının ədəbi-ictimai yaddaşda qorunmasına xidmət edən nəşr kimi diqqəti cəlb edir. Kitabın təqdimatı həm də müasir ədəbi prosesdə yaradıcı şəxsiyyətlərə münasibətin, onların mənəvi və ictimai xidmətlərinin qiymətləndirilməsinin əhəmiyyətini ön plana çıxarıb.
Təqdimat mərasimi ədəbi sözün insanları bir araya gətirmək, fərqli düşüncə və peşə sahiblərini ortaq mənəvi dəyərlər ətrafında birləşdirmək gücünü nümayiş etdirib. Müxtəlif nəsillərin nümayəndələrinin eyni məclisdə toplaşması, bir qələm sahibinin yaradıcılığı ətrafında fikir bölüşməsi yubileyə xüsusi məna qazandırıb. Səsləndirilən fikirlər, bölüşülən xatirələr və yaradıcılığa verilən qiymət Tapdıq Əlibəylinin ədəbi mühitdə qazandığı hörmətin, dostluq münasibətlərindəki səmimiyyətinin və ziyalı nüfuzunun ifadəsi olub.
Əsl ziyalılığın dəyəri görülən işlərin mənəvi çəkisi, yaradılan dəyərlər və yaddaşlarda qoyulan izlə ölçülür. Tapdıq Əlibəylinin 65 illik yubileyi də sözə bağlılığın, yaradıcılıq əzminin və mənəvi prinsiplərə sədaqətin parlaq ifadəsi kimi yadda qalıb. Mərasim bir daha göstərib ki, qələm sahibinin ən böyük mənəvi qazancı yalnız qələmə aldığı əsərlər deyil, həm də sözü ilə qazandığı etimad, oxucu qəlbində oyatdığı duyğular və ədəbi mühitdə qoyduğu izdir. Tapdıq Əlibəylinin yaradıcılıq yolu da bu baxımdan sözə sədaqətin, milli-mənəvi dəyərlərə bağlılığın və ziyalı məsuliyyətinin ifadəsidir. Onun ədəbi irsi isə zaman keçdikcə öz dəyərini qoruyaraq gələcək nəsillərin mənəvi dünyasına işıq salmaq gücünü yaşadır.