SON XƏBƏRLƏR
-
13.06.2026, 23:20
İdmanAOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
-
12.06.2026, 15:21
İdmanAvarçəkənimiz Avropa çempionu olub
-
12.06.2026, 13:54
İdman"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
-
12.06.2026, 13:22
MOKAOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
-
12.06.2026, 12:59
İdmanDÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
-
12.06.2026, 11:46
İdmanRövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
-
12.06.2026, 11:10
İdmanSumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
-
12.06.2026, 10:53
İdmanKişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
-
12.06.2026, 09:36
İdmanDünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə
-
12.06.2026, 08:57
İdmanStolüstü tennis üzrə Liqa turniri başa çatıb
-
12.06.2026, 01:28
İdmanMeksika Dünya Kubokunun açılış oyununda qalib gəldi
-
12.06.2026, 00:11
İdmanMourinyo yenidən "Real"da
-
11.06.2026, 22:59
GündəmDünya çempionatının açılış mərasimi keçirilib
-
11.06.2026, 22:19
İdmanBasketbol millimiz dünya reytinqində ilk pilləyə yüksəlib
-
11.06.2026, 14:45
İdmanMəktəblilərin Respublika İdman Olimpiadasına start verilir
-
11.06.2026, 10:00
GündəmSevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
-
09.06.2026, 17:38
GündəmAzərbaycan boks tarixində ilk
-
09.06.2026, 12:50
MOKMOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
-
09.06.2026, 11:53
İdman"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
-
09.06.2026, 10:28
İdmanMillimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
-
08.06.2026, 22:24
GündəmOlimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
-
08.06.2026, 19:52
İdmanAMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
-
08.06.2026, 19:49
İdmanŞahmatçımızdan uğurlu başlanğıc
-
08.06.2026, 19:17
İdmanMPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
-
08.06.2026, 19:08
İdmanAzərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
-
08.06.2026, 18:17
İdmanQəhrəmanlıq tariximizə şərəf qatanlar
-
08.06.2026, 16:28
İdmanAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
-
08.06.2026, 15:57
İdmanAzərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
-
08.06.2026, 15:38
İdmanAzərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
-
08.06.2026, 15:28
İdmanAzərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
-
08.06.2026, 13:30
İdmanMillimizin baş məşqçisi Vyetnamda təlim keçib
-
08.06.2026, 12:36
İdmanMəşqçilər üçün seminar təşkil edilib
-
08.06.2026, 11:50
İdmanAzərbaycan Kubokunun qalibləri müəyyənləşib
-
08.06.2026, 11:42
İdmanHelsinborqda bürünc medal
"Mən, Lalə, bir də Şerlok Holms 2" filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub
Mədəniyyət
16.04.2026, 13:51
Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan "Mən, Lalə, bir də Şerlok Holms 2" çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.
olimpiyadunyasi.com xəbər verir ki, "Report" xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Nazir İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətini yüksək qiymətləndirərək, son illər televiziya məkanında keyfiyyətli məzmunun təqdim olunmasının, xüsusilə təhsilyönümlü layihələrə göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu kimi layihələr uşaqların maariflənməsinə, dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.
Layihənin ideya müəllifi Tural Sevdimalı çıxışında bildirib ki, layihənin əsas məqsədi uşaqlara düzgün dəyərləri aşılamaqdır. "Biz istəyirik ki, uşaqlar dostluğu düzgün seçməyi, doğru qəhrəmanları tanımağı və ən əsası, güvənə biləcəkləri insanları ayırd etməyi öyrənsinlər", – deyə o vurğulayıb.
Tural Sevdimalı gələcək planlarla bağlı məlumat verərək qeyd edib ki, artıq Kino Agentliyi ilə əməkdaşlıq formalaşıb. Onun sözlərinə görə, layihə "pitching" mərhələsini uğurla keçib və yaxın zamanda "Mən, Lalə, bir də Şerlok Holms" filminin tammetrajlı versiyasının çəkilişi planlaşdırılır. Filmin gələcəkdə kinoteatrlarda nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, layihənin ideya müəllifi Tural Sevdimalı, ssenari müəllifləri isə Tural Sevdimalı və Vüqar Hüseynovdur. Ailəvi, detektiv və komediya janrlarını özündə birləşdirən serial hər biri 50 dəqiqə olmaqla 12 seriyadan ibarətdir.
Serialın birinci mövsümündə hadisələr Muradın yay tətilini keçirdiyi kənddə cərəyan edir. Onun kitablarla tanışlığı, xüsusilə Artur Konan Doylun əsərləri vasitəsilə Şerlok Holms obrazının təxəyyülündə canlanması süjetin əsas xəttini təşkil edir. Layihənin başlıca məqsədi mütaliənin insan həyatındakı rolunu ön plana çıxarmaqdır. Eyni zamanda, Muradın zəngin təxəyyülü vasitəsilə müxtəlif tarixi və mədəni şəxsiyyətlər canlandırılır ki, bu da seriala maarifləndirici məzmun qazandırır. Layihədə uşaqlara dürüstlük, məsuliyyət, böyüklərə hörmət, ətraf mühitə qayğı və ictimai davranış qaydaları kimi dəyərlər aşılanır.
Yeni mövsümdə hadisələr 11 yaşlı Muradın ətrafında inkişaf edir. O, "Əlaçı" bilik yarışmasının qalibi olmağı arzulasa da, qaydalara əsasən yarışmada iştirak hüququnu itirir. Buna baxmayaraq, Murad Lalənin öz kəndlərini təqdim etməsi üçün ona dəstək olur və hazırlıq prosesində fəal iştirak edir. Süjet xəttində uşaqlar arasında rəqabət, dostluq münasibətləri və seçim qarşısında qalmaq kimi mövzular ön plana çıxır. Muradın xəyali dostu olan məşhur detektiv Şerlok Holms bu mövsümdə də ona dəstəyini davam etdirir.
"Mən, Lalə, bir də Şerlok Holms 2" serialı aprelin 19-dan etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində tamaşaçılara təqdim olunacaq.