SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb

Azərbaycan Üzgüçülük Federasiyasının  baş katibi “USA Swimming” CEO-su ilə görüşüb

İdman

Bugün, 18:32

Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.

Olimpiyadunyasi.com Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər nümayəndələrinin keçirdiyi seminarların iştirakçısı olub, CorcMeyson və Corctaun universitetlərini ziyarət edib.  Proqramda həm də Azərbaycanın su idmanı, güləş, kamandan oxatma və minifutbol federasiyalarının rəsmiləri iştirak ediblər. Azərbaycan nümayəndələri ABŞ-nin idman sistemi və təcrübəsiylə tanış olub, gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Dİgər xəbərlər