SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı 

Dünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı 

İdman

Bugün, 18:41

Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bürünc medal qazanıb. 

Olimpiyadunyasi.com xəbər verir ki, -90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda həlledici qarşılaşmada serbiyalı dünya və Avropa çempionu Nemanya Maydova qalib gəlib.

Bu gün tatami üzərinə çıxan digər cüdoçularımızdan Südabə Ağayeva (-70 kq), Elcan Hacıyev və Süleyman Şükürov (hər ikisi -90 kq)  isə mübarizəni erkən dayandırıb. 

Bununla da Azərbaycan komandasının Bakıdakı dünya çempionatında qazandığı medallarının sayı beşə çatdıraraq tarixi rekorda imza atıb. Daha əvvəl təmsilçilərimizdən Əhməd Yusifov (-60 kq) qızıl, Zelim Tçkayev (-81 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq) və Ömər Rəcəbli (-81 kq) isə bürünc medal qazanıblar.

 

Dİgər xəbərlər