SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Qarabağ"ın futbolçusu iki ay yaşıl meydanlardan kənarda qalacaq

 \"Qarabağ\"ın futbolçusu iki ay yaşıl meydanlardan kənarda qalacaq 

MOK

02.08.2026, 23:49

"Qarabağ"ın futbolçusu Zakariya Savonun zədəsinin durumu müəyyənləşib.

Klubdan verilən məlumata görə, UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı səfərdə keçirilən cavab oyununda zədələnən isveçli hücumçunun müayinəsi zamanı sağ bud əzələsinin qismən yırtıldığı aşkarlanıb.

Bildirilib ki, Savonun təxminən 8 həftədən sonra yaşıl meydanlara qayıtması gözlənilir.

Dİgər xəbərlər