SON XƏBƏRLƏR
-
09.10.2026, 16:15
İdmanIII Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
09.10.2026, 15:12
İdmanBakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı keçirilib
-
09.10.2026, 13:34
İdmanZelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı
-
09.10.2026, 12:51
MOKMOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
-
09.10.2026, 11:28
İdmanAzərbaycan Premyer Liqasında yeddinci tura start verilir
-
09.10.2026, 11:09
İdmanBasketbol Liqasında ikinci tur başlayır
-
09.10.2026, 10:55
İdmanOlimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
-
09.10.2026, 10:36
İdman8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
-
09.10.2026, 10:01
İdmanOlimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
-
08.10.2026, 18:41
İdmanDünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
-
08.10.2026, 15:56
MOKMOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
-
08.10.2026, 15:49
İdmanCüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
-
08.10.2026, 15:18
İdmanDünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
-
08.10.2026, 11:02
İdmanAvropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
-
08.10.2026, 10:53
İdmanAzərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
-
08.10.2026, 10:40
İdmanIII Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
-
08.10.2026, 10:35
İdmanBeynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
-
08.10.2026, 10:04
İdmanDünya çempionatında beşinci yarış gününə start verilir
-
07.10.2026, 21:44
İdmanZelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
-
07.10.2026, 20:34
İdmanÖmər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
-
07.10.2026, 19:09
İdmanDünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
-
07.10.2026, 18:46
İdmanCüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
-
07.10.2026, 18:37
İdmanCüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
-
07.10.2026, 18:15
İdmanLotar Matteus: "Cüdo məni özünə valeh edir"
-
07.10.2026, 15:27
İdmanDünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
-
07.10.2026, 14:58
İdmanDünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
-
07.10.2026, 14:53
İdmanCüdoçumuz bürünc medal uğrunda yarışacaq
-
07.10.2026, 13:14
İdmanCüdoçumuzdan dünya çempionatında növəti qələbə
-
07.10.2026, 12:59
İdmanParakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
-
07.10.2026, 12:49
İdmanDaha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
-
07.10.2026, 12:26
İdmanDünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
-
07.10.2026, 12:02
İdmanBeşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
-
07.10.2026, 11:46
İdmanDünya çempionatı: Cüdoçumuzdan uğurlu start
-
07.10.2026, 11:03
İdmanAzərbaycan Kubokunda yeni mövsüm başlayır
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
İdman
11.08.2026, 21:08
Füzuli rayonunun Horadiz şəhərində Aprel döyüşləri şəhidi, mayor Elnur Əliyevin 50 illik yubileyinə həsr olunmuş V Respublika turniri keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, sərbəst güləş üzrə U-15 yaş kateqoriyasında keçirilən turnirdə 8 komandadan 80-dən çox yeniyetmə pəhləvan mübarizə aparıb.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Çıxışlarda Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində mühüm mərhələ olduğu vurğulanıb, şəhid mayor Elnur Əliyevin göstərdiyi qəhrəmanlıqdan söz açılıb.
Gərgin və maraqlı idman mübarizəsinin yekununda fərqlənən güləşçilər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Mükafatların təqdim olunmasında şəhid mayor Elnur Əliyevin qardaşı, polkovnik Həmid Əliyev və onun oğlu Elxan Əlizadə də iştirak ediblər.
Yarışların idarə olunmasını Azərbaycan Güləş Federasiyasının hakimlər briqadası həyata keçirib. Turnirin keçirilməsi həm yeniyetmə güləşçilər üçün növbəti yarış təcrübəsi, həm də şəhid qəhrəmanın xatirəsinin gənc nəslə çatdırılması baxımından əhəmiyyət daşıyıb.
Yarışın informasiya dəstəyi “Olimpiya dünyası” qəzeti və “Olimpsport” jurnalı olub.
Qeyd edək ki, 1976-cı il avqustun 16-da Füzuli rayonunun Dədəli kəndində anadan olan Elnur Əliyev hərbçi kimi Azərbaycan Ordusunda xidmət edib. 2016-cı ilin Aprel döyüşləri zamanı əsgərlərinin həyatını xilas etmək üçün qumbaranın üzərinə atılaraq şəhid olub. Göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.