SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib 

Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib 

MOK

Bugün, 10:47

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığıyla İyulun 29-da avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib.

Olimpnews.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında (“Suraxanı” gəmi-muzeyinin yaxınlığında) baş tutan çempionatda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən qüvvəsini sınayıb.

İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafəyə mübarizə aparıblar.

Bundan başqa, iştirakçılar ilk dəfə olaraq qarışıq növdə də (mix) yarışıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar. 

Qeyd edək ki, ölkədaxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onlar arasında rəqabətin gücləndirilməsidir.

Dİgər xəbərlər