SON XƏBƏRLƏR
-
Bugün, 00:57
GündəmPrezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
-
Bugün, 00:53
İdmanMilli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib
-
16.10.2026, 13:08
GündəmAzərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
-
16.10.2026, 12:09
GündəmVüqar Zifəoğlu Mətbuat Şurasına yeni sədr seçildi
-
16.10.2026, 10:44
GündəmJurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb
-
16.10.2026, 09:40
İdmanBeynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti ilə görüş olub
-
09.10.2026, 16:15
İdmanIII Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
09.10.2026, 15:12
İdmanBakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı keçirilib
-
09.10.2026, 13:34
İdmanZelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı
-
09.10.2026, 12:51
MOKMOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
-
09.10.2026, 11:28
İdmanAzərbaycan Premyer Liqasında yeddinci tura start verilir
-
09.10.2026, 11:09
İdmanBasketbol Liqasında ikinci tur başlayır
-
09.10.2026, 10:55
İdmanOlimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
-
09.10.2026, 10:36
İdman8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
-
09.10.2026, 10:01
İdmanOlimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
-
08.10.2026, 18:41
İdmanDünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
-
08.10.2026, 15:56
MOKMOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
-
08.10.2026, 15:49
İdmanCüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
-
08.10.2026, 15:18
İdmanDünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
-
08.10.2026, 11:02
İdmanAvropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
-
08.10.2026, 10:53
İdmanAzərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
-
08.10.2026, 10:40
İdmanIII Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
-
08.10.2026, 10:35
İdmanBeynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
-
08.10.2026, 10:04
İdmanDünya çempionatında beşinci yarış gününə start verilir
-
07.10.2026, 21:44
İdmanZelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
-
07.10.2026, 20:34
İdmanÖmər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
-
07.10.2026, 19:09
İdmanDünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
-
07.10.2026, 18:46
İdmanCüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
-
07.10.2026, 18:37
İdmanCüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
-
07.10.2026, 18:15
İdmanLotar Matteus: "Cüdo məni özünə valeh edir"
-
07.10.2026, 15:27
İdmanDünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
-
07.10.2026, 14:58
İdmanDünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
-
07.10.2026, 14:53
İdmanCüdoçumuz bürünc medal uğrunda yarışacaq
-
07.10.2026, 13:14
İdmanCüdoçumuzdan dünya çempionatında növəti qələbə
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
İdman
10.09.2026, 14:38
Sentyabrın 10-da Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb.
Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Federasiya prezidenti cüdoçuları 20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında və 3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada təşkil olunan gənclər arasında Avropa çempionatında qazandıqları nəticələr münasibətilə təbrik edib. Rəşad Nəbiyev nəticələrlə yanaşı, idmançıların yarışlar boyunca, xüsusilə çətin məqamlarda göstərdikləri xarakterin də önəmini vurğulayıb.
ACF prezidenti qeyd edib ki, bu nəticələr Federasiyada aparılan sistemli və hərtərəfli işin göstəricisidir və qazanılan uğurlarda məşqçi heyətinin, tibbi heyətin, digər mütəxəssislərin və ümumilikdə Federasiyanın bütün əməkdaşlarının əməyi var. O, əsas hədəfin yeniyetmə və gənclər səviyyəsində qazanılan uğurların gələcəkdə böyüklər arasında da davam etdirilməsi olduğunu bildirib.
Rəşad Nəbiyev Federasiyanın əsas prioritetlərinin dəyişmədiyini, idman nəticələri ilə yanaşı, nizam-intizam və hörmət kimi cüdo dəyərlərinə sadiqliyin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Cüdoçulara əldə etdikləri nəticələrlə kifayətlənməməyi, daim öz üzərlərində çalışmağı, həmçinin idman karyerası ilə yanaşı təhsilə də önəm verməyi tövsiyə edib.
Görüş çərçivəsində Rəşad Nəbiyev idmançılarla fərdi söhbətlər aparıb, onların hazırlıq prosesi və gələcək hədəfləri ilə maraqlanıb.
Qeyd edək ki, Azərbaycan millisi yeniyetmələr arasında dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanaraq 59 ölkə arasında ümumi komanda hesabında beşinci yeri tutub. Gənclərdən ibarət yığma isə Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vuraraq 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci olub.