SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub

Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub

İdman

Bugün, 10:04

Yaponiyanın paytaxtı Tokioda fiqurlu konkisürmə üzrə "Kinoshita Cup" yarışı keçirilib.

Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirdə fərdi neytral idmançılar (AIN) daxil olmaqla 6 ölkənin beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən 11 təmsilçisi mübarizə aparıb.

Yarışda Azərbaycanı fiqurlu konkisürən Veronika Jilina təmsil edib.

O, yarışın nəticəsinə əsasən 193 xal toplayaraq yekun sıralamada 6-cı pillədə qərarlaşıb.

Dİgər xəbərlər