SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar

Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar

İdman

Bugün, 17:13

Türkiyənin Elazığ şəhərində yerləşən Hazar gölündə keçirilən III Beynəlxalq Hazar Sazan Kubokunda Azərbaycan Su İdmanı Federasiyasını təmsil edən “BAKI” Balıqçılar Klubunun idmançıları uğurlu nəticə əldə ediblər.

Olimpiyadunyasi.com xəbər verir ki, oktyabrın 10-dan 17-dək yeddi gün fasiləsiz davam edən karpfişinq (sazan balığının idman məqsədilə ovu) yarışı 48 komandanın iştirakı ilə baş tutub. Türkiyə, Almaniya, İran, Səudiyyə Ərəbistanı və Azərbaycandan olan komandaların mübarizə apardığı turnirdə rəqabət gərgin keçib.

Azər Əliyev, Hüseyn Qeybi və Nihad Camalovun mübarizə apardığı komanda ümumilikdə 88,265 kiloqram (12 balıq), TOP 5 göstəricisi üzrə isə ümumi çəkisi 52,580 kiloqram olan sazan balıqlarının nəticəsi ilə yarışı ikinci pillədə başa vuraraq gümüş medala sahib olublar.

Dİgər xəbərlər