SON XƏBƏRLƏR
-
Bugün, 10:44
GündəmJurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb
-
Bugün, 09:40
İdmanBeynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti ilə görüş olub
-
09.10.2026, 16:15
İdmanIII Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
09.10.2026, 15:12
İdmanBakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı keçirilib
-
09.10.2026, 13:34
İdmanZelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı
-
09.10.2026, 12:51
MOKMOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
-
09.10.2026, 11:28
İdmanAzərbaycan Premyer Liqasında yeddinci tura start verilir
-
09.10.2026, 11:09
İdmanBasketbol Liqasında ikinci tur başlayır
-
09.10.2026, 10:55
İdmanOlimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
-
09.10.2026, 10:36
İdman8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
-
09.10.2026, 10:01
İdmanOlimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
-
08.10.2026, 18:41
İdmanDünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
-
08.10.2026, 15:56
MOKMOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
-
08.10.2026, 15:49
İdmanCüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
-
08.10.2026, 15:18
İdmanDünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
-
08.10.2026, 11:02
İdmanAvropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
-
08.10.2026, 10:53
İdmanAzərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
-
08.10.2026, 10:40
İdmanIII Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
-
08.10.2026, 10:35
İdmanBeynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
-
08.10.2026, 10:04
İdmanDünya çempionatında beşinci yarış gününə start verilir
-
07.10.2026, 21:44
İdmanZelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
-
07.10.2026, 20:34
İdmanÖmər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
-
07.10.2026, 19:09
İdmanDünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
-
07.10.2026, 18:46
İdmanCüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
-
07.10.2026, 18:37
İdmanCüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
-
07.10.2026, 18:15
İdmanLotar Matteus: "Cüdo məni özünə valeh edir"
-
07.10.2026, 15:27
İdmanDünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
-
07.10.2026, 14:58
İdmanDünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
-
07.10.2026, 14:53
İdmanCüdoçumuz bürünc medal uğrunda yarışacaq
-
07.10.2026, 13:14
İdmanCüdoçumuzdan dünya çempionatında növəti qələbə
-
07.10.2026, 12:59
İdmanParakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
-
07.10.2026, 12:49
İdmanDaha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
-
07.10.2026, 12:26
İdmanDünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
-
07.10.2026, 12:02
İdmanBeşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti ilə görüş olub
İdman
Bugün, 09:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş olub.
Olimpiyadunyasi.com xəbər verir ki, nümayəndə heyəti Azərbaycan Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdədir. Nümayəndə heyətinə Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leyla Markes Mota, Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel, Komitənin vitse-prezidenti Nataliya Novikova, habelə Türkiyə, Rusiya, Macarıstan, İspaniya və s. ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri daxildir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində aparılan ardıcıl işlər barədə məlumat verib.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə paralimpiya hərəkatının təməli qoyulub və 1996-cı ildə Milli Paralimpiya Komitəsi yaradılıb: “Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin sosial rifahının təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, paralimpiyanın inkişaf etdirilməsi mühüm yer tutur”.
Görüşdə Birinci vitse-prezident Mehriban Əliyevanın əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, inklüziv cəmiyyətin inkişafına xidmət edən layihə və təşəbbüsləri barədə məlumat verilib. Azərbaycan paralimpiyasının keçdiyi inkişaf yolu, əldə etdiyi tarixi nailiyyətlər diqqətə çatdırılıb.
Son illərdə ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlardan bəhs olunub, əlilliyi olan şəxslərlə bağlı icra olunan məşğulluq proqramları qeyd edilib. Bu sahədə fəaliyyətin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulduğu bildirilib. Nazirliyin tabeliyindəki Sumqayıt Paralimpiya İdman Kompleksində idmançıların hazırlığı üçün aparılan işlərdən bəhs olunub.
Qonaqlar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının, bərabər imkanların və inklüziv dəyərlərin təşviqinin mühüm vasitəsi olan paralimpiya hərəkatının ölkəmizdə daim inkişaf edərək genişlənməsi üçün aparılan işlər barədə müsbət fikirlərini bölüşüblər.
Görüş Beynəlxalq Paralimpiya Komitəsi və Avropa Paralimpiya Komitəsi ilə əməkdaşlığın daha da genişləndirilməsi, birgə təşəbbüslərin, layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi ilə davam edib.