SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib

Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib 

İdman

Bugün, 11:12

Astara Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib.  

İlk dəfə keçirilən turnir AGF və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin ortaq təşkilatçılığı ilə baş tutub.

U-15 yaş qrupu üzrə keçirilən yarışda 100-ə yaxın yeniyetmə mübarizə aparıb. Turnirin ilk günündə Astara güləş məktəbinin tanınmış siması, Avropa və U-23 dünya çempionu, U-15 milli komandanın məşqçisi Əliabbas Rzazadənin imza mərasimi də keçirilib.

Qeyd edək ki, belə yarışların keçirilməsində məqsəd perspektivli idmançıların üzə çıxarılmasına dəstək vermək, onların yarış təcrübəsini artırmaq və gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir.

Dİgər xəbərlər