SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək

Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək

İdman

Bugün, 10:32

Oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində 20 yaşadək voleybolçu qızlar arasında Avropa çempionatının I təsnifat mərhələsinin (EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) oyunları keçiriləcək.

Olimpiyadunyasi.com Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov EEVZA-nın oyunlarına təyinat alıb.

Qeyd edək ki, turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları mübarizə aparacaqlar.

 

Dİgər xəbərlər