SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

İdman

Bugün, 11:40

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə sentyabrın 12–14-də Bakıda yelkən idmanının Optimist və ILCA4 sinfi üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanla yanaşı, Türkiyədən də müxtəlif yaş kateqoriyalarında yelkənçilərin qatılacağı çempionat Şıxov çimərliyi ərazisində baş tutacaq.

Mübarizəyə hər gün saat 11:00-da start veriləcək. Mükafatlandırma mərasimi sentyabrın 14-də, saat 18:00-da başlayacaq. Açıq Azərbaycan çempionatının qalibləri diplom və medallarla mükafatlandırılacaqlar.

Həmçinin bütün iştirakçılara ASİNF tərəfindən sertifikatlar təqdim ediləcək. Fərqlənən idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.

Dİgər xəbərlər