SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb

Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb

İdman

Bugün, 13:31

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Samux rayonunda yeniyetmə voleybolçularla görüşüb.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Gəncə RVK-nın Samux rayon bölməsinin yeniyetmə idmançıları və məşqçiləri ilə keçirilən görüş Sərkar kəndindəki Nizami Gəncəvi adına tam orta məktəbin idman zalında baş tutub. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə RVK-nın rəhbəri Nazim İsayev, "Gəncə" voleybol klubunun prezidenti Elvar Osmanov və Gəncə RVK-nın direktoru Sərxan Məmmədov iştirak ediblər.

Görüşdə qonaqlara Gəncə RVK-nın Samux bölməsində görülən işlər, idmançı və məşqçilər üçün yaradılan şərait haqqında ətraflı məlumat verilib. Daha sonra çıxış edən Ş.Bağırov qurumun ölkədə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib və onlara uğurlar arzulayıb.

Dİgər xəbərlər