SON XƏBƏRLƏR
-
Bugün, 18:56
İdmanİdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
-
Bugün, 18:15
İdmanYunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
-
Bugün, 17:03
İdmanAzərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
10.09.2026, 15:08
İdmanTürkiyə yelkənçiləri Bakıda
-
10.09.2026, 14:38
İdmanRəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
-
10.09.2026, 13:31
İdmanFederasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
-
10.09.2026, 11:40
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10.09.2026, 11:40
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10.09.2026, 10:17
İdmanAzərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
-
09.09.2026, 13:50
İdmanKata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
-
09.09.2026, 01:11
İdmanÇempionlar Liqası: Liqa mərhələsinə start verildi
-
08.09.2026, 12:31
İdmanVelosipedçimiz Almatıda dördüncü oldu
-
08.09.2026, 12:23
İdmanAzərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
-
08.09.2026, 11:49
İdmanFormula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
-
08.09.2026, 10:50
İdmanTürkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
-
08.09.2026, 10:12
İdmanÇempionlar Liqasında Liqa mərhələsinə start verilir
-
07.09.2026, 20:14
İdmanBadmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
-
07.09.2026, 16:06
İdmanPəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
-
07.09.2026, 15:55
İdmanÜzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
-
07.09.2026, 15:43
İdmanFərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
-
07.09.2026, 15:30
İdmanNicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
-
07.09.2026, 15:05
İdmanCüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
-
07.09.2026, 14:56
İdmanAvropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
-
07.09.2026, 14:43
İdmanMillimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
-
07.09.2026, 14:22
İdmanBakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
-
07.09.2026, 13:18
İdmanKamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
-
07.09.2026, 12:30
İdmanCüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
-
07.09.2026, 12:02
İdmanAzərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
-
07.09.2026, 10:04
İdmanFiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
-
07.09.2026, 01:19
İdmanAzərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
-
07.09.2026, 00:07
İdmanİsveçrədə uğurlu nəticə
-
06.09.2026, 12:17
İdmanPaytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
-
03.09.2026, 20:31
İdmanDünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
-
03.09.2026, 14:59
MOK"Kəpəz"in futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
İdman
Bugün, 18:56
Azərbaycan İdman Veteranları İctimai Birliyinin nümayəndə heyəti Qazax və Tovuz rayonlarında olub, yerli idmançılarla səmimi görüşlər keçirib.
Olimpiyadunyasi.com xəbər verir ki, sentyabrın 9-da Azərbaycan idmanının tarixinə adını qızıl hərflərlə yazmış tanınmış veteranları Qazax və Tovuz rayonlarına rəsmi səfər ediblər. Bu əlamətdar səfər Qazax şəhərinin 2026-cı il üzrə ölkənin “İdman Paytaxtı” elan olunması çərçivəsində reallaşıb. Gənclər və İdman Nazirliyinin dəstəyi, İdman Veteranları İctimai Birliyinin (İVİB) təşkilatçılığı ilə keçirilən bu səfər bölgədə idman ənənələrinin təbliği və gənc nəslin ruhlandırılması baxımından mühüm hadisəyə çevrilib.
Nümayəndə heyətinə İdman Veteranları İctimai Birliyinin prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova rəhbərlik edib. Səfərdə İctimai Birliyin baş katibi Emin Məmmədov, eləcə də tanınmış idman xadimləri və veteranlar – Nazir Rəhimov, Əhməddin Rəcəbli, Tərlan Həsənov, Firudin Qurbanov, Tamella Bünyatova, Sergey Yilmetov, Vahid Nəzərov, Şamil Əbdürəhmanov, Ağayusif Qurbanov və Dilqəm Quliyev iştirak ediblər.
Səfərin rəsmi hissəsi Qazax rayonunda başlanıb. Nümayəndə heyətinin üzvləri əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olaraq buradaki ekspozisiyalar, ulu öndərin Qazax bölgəsinə və idmanın inkişafına göstərdiyi diqqətini əks etdirən materiallarla tanış olublar.
Səfərin ən yaddaqalan məqamlarından biri Qazax Olimpiya İdman Kompleksində baş tutub. Qonaqlar kompleksdə fəaliyyət göstərən müxtəlif idman bölmələrinin işi ilə yaxından tanış olub, yerli məşqçilər və gənc ümidverici idmançılarla görüşüblər.
Görüş zamanı çıxış edənlər Qazaxın “İdman Paytaxtı” seçilməsinin bölgə idmanının inkişafına təkan verdiyini vurğulayıblar. İdman veteranları keçdikləri şərəfli yoldan, qazandıqları nailiyyətlərdən, həmçinin şəxsi həyat və əmək təcrübələrindən danışıblar. Gənclərə öz məsləhətlərini verən veteranlar dövlət tərəfindən idmana və idmançılara göstərilən diqqət və qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edərək, qazaxlı idmançılara gələcək yarışlarda yeni uğurlar arzulayıblar.
Qeyd edək ki, səfərin növbəti günü tədbirlər Tovuz Olimpiya İdman Kompleksində uğurla davam etdirilib.
Görüşlərin yekununda maraqlı və əhəmiyyətli bir təşəbbüs irəli sürülüb. İdman veteranı, professor Dilqəm Quliyev çıxışı zamanı yaxın gələcəkdə “Qazax idmanının idman salnaməsi” kitabının yazılacağını və nəşr olunacağını bildirərək bu istiqamətdə işlərə başlanılmasına söz verib. Bu mühüm təşəbbüs yerli idman ictimaiyyəti tərəfindən böyük rəğbət və sevinclə qarşılanıb.
Tədbirdə çıxış edən Qazax rayon Gənclər və İdman sektorunun müdiri Elvin Məmmədov Qazaxın 2026-cı il üçün “İdman Paytaxtı” elan olunmasını rayonda idmana olan marağın qat-qat artdığını bildirib. “Azərbaycan idmanının canlı əfsanələri olan veteranlarımızın bu gün bizə baş çəkməsi, gənclərimizlə bir arada olması böyük qürurdur. Bu cür görüşlər gənc idmançılarımızın motivasiyasını artırır və onları yeni qələbələrə ruhlandırır”, - deyə Elvin Məmmədov qeyd edib.
Qazax rayonunun tanınmış idman xadimi, respublikanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası və Əməkdar məşqçi Ramiz Tağıyev isə bildirib ki, veteran idmançıların gənclərlə görüşməsi gənc nəslin daha əzmlə məşq etməsi, iradəli olması və Azərbaycan idman ənənələrinə sadiq qalması üçün güclü stimul yaradır.
Sərbəst güləş üzrə baş məşqçi Rəşad Qasımov Olimpiya çempionlarının, tanınmış veteranların məşq zalına gəlməsini uşaqlar üçün unudulmaz an olduğunu bildirib.
Voleybol üzrə məşqçi Aygün Həsənova isə qeyd edib ki, Azərbaycan idmanının təməli çox möhkəmdir və veteran idmançılarımızın keçdikləri şərəfli yol gənc qızlarımıza örnəkdir.
Dilqəm Quliyev,
İVİB-in üzvü,
“İdman ensiklopediyası”.