SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

İtaliyada MOK-ların II rəqəmsal kommunikasiyalar seminarı keçirilir

İtaliyada MOK-ların II rəqəmsal kommunikasiyalar seminarı keçirilir

MOK

09.09.2026, 17:50

Sentyabrın 9-10-da İtaliyanın Vareze şəhərində yerləşən Avstraliya İdman İnstitutunun (AIS) Avropa Təlim Mərkəzində Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) təşkilatçılığı ilə “Dakar Yolunda: Ünsiyyət Qurun. Cəlb Edin. İlham Verin.” mövzusunda II rəqəmsal kommunikasiyalar seminarı keçirilir. 

 

ANOC-un baş katibi Gunilla Lindberqin salamlama nitqi ilə başlayan tədbirdə 38 ölkədən 54-ə yaxın Marketinq və Kommunikasiya direktoru, həmçinin Beynəlxalq Olimpiya Komitəsi (BOK), Kontinental Assosiasiyalar və tərəfdaş qurumların nümayəndələri iştirak edir. Azərbaycanı seminarda Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva təmsil edir. 

 

​Tədbirin əsas məqsədi Dakar 2026 Yeniyetmələrin Olimpiya Oyunları və gələcək çoxnövlü idman tədbirləri ərəfəsində effektiv rəqəmsal kommunikasiya strategiyasını inkişaf etdirməkdir. Seminar çərçivəsində Almir Banjavic tərəfindən BOK-un Süni İntellekt (AI) çərçivəsi və praktiki AI iş axınları təqdim olunacaq, həmçinin kiçikmiqyaslı praktiki tapşırıqlar icra ediləcək. İki gün davam edən zəngin proqrama MOK-ların keys araşdırmaları, PhotoShelter və SI (keçmiş Sportz Interactive) tərəfdaşlarının təqdimatları, panel müzakirələri, qrup sessiyaları və təqdimatlar ediləcək. İştirakçılar BOK-un Olimpiya Kanalı (Olympic Channel) daxil olmaqla çoxnövlü idman tədbirləri üçün birgə rəqəmsal kommunikasiya ekosisteminin qurulmasını müzakirə edib, eyni zamanda interaktiv qrup idman fəaliyyətləri və şəbəkələşmə imkanlarından yararlanacaqlar.

 

Dİgər xəbərlər