SON XƏBƏRLƏR
-
Bugün, 11:01
İdmanAydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
-
Bugün, 10:46
GündəmU-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
-
Bugün, 10:16
İdmanÇimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
-
Bugün, 10:11
İdmanDÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
-
24.06.2026, 18:23
İdmanDeflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
-
24.06.2026, 18:02
İdman“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
-
24.06.2026, 17:42
GündəmZülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
-
24.06.2026, 12:24
İdmanXankəndidə yeni cüdo zalı istifadəyə verilib
-
23.06.2026, 21:05
İdmanAAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
23.06.2026, 16:50
İdmanAzərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
-
23.06.2026, 16:11
MOKMOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
-
23.06.2026, 15:55
İdman2042-ci il Qış Olimpiya Oyunları üçün ABŞ-dan yeni təşəbbüs
-
23.06.2026, 15:35
İdmanVoleybol məşqçiləri üçün “Təhlükəsiz idman - hamı üçün” mövzusunda seminar keçiriləcək
-
23.06.2026, 15:21
İdmanUFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər
-
23.06.2026, 14:22
MOKBeynəlxalq Olimpiya Günü münasibəti ilə “Xatirələrdə yaşayanlar” adlı tədbir keçirilib
-
23.06.2026, 10:49
İdman23 iyun - Beynəlxalq Olimpiya Günüdür
-
23.06.2026, 10:01
İdmanAzərbaycanlı idman mütəxəssisi Türkiyədə vəzifəyə təyin edildi
-
23.06.2026, 04:03
İdmanUsta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
-
23.06.2026, 00:16
İdmanTaekvondoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar
-
22.06.2026, 18:16
İdmanQadınlardan ibarət Azərbaycan millisi Fərid Qayıbovla görüşüb
-
22.06.2026, 17:54
İdmanÇimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
-
22.06.2026, 17:42
İdmanAzərbaycan kamandan oxatanları Dünya Kubokunda mübarizə aparacaqlar
-
22.06.2026, 16:48
İdmanAMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil edib
-
22.06.2026, 14:58
İdmanParabadmintonçusmuz Fransada bürünc medal qazanıb
-
22.06.2026, 14:39
İdmanTaekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar
-
22.06.2026, 14:20
İdmanAzərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar
-
22.06.2026, 12:18
İdmanAvarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər
-
22.06.2026, 11:50
İdmanBadmintonçumuz Serbiyada bürünc medala sahib oldu
-
20.06.2026, 19:35
İdmanDünya Kuboku: İki boksçumuz bürünc medal qazandı, bir idmançımız isə finalda
-
20.06.2026, 19:24
İdman"Zirə" heyətini yeni futbolçu ilə gücləndirir
-
20.06.2026, 18:55
İdman"Neftçi" Dünya Seriyasının Sumqayıt mərhələsinin 1/4 finalında
-
20.06.2026, 17:32
İdman"Ağ-qaralar"dan növbəti transfer
-
20.06.2026, 16:43
İdmanMəktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
-
19.06.2026, 20:19
İdman"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
İdman
Bugün, 11:01
Honkonqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatında iştirak edən “Odlar Yurdu” komandasının şahmatçısı Aydın Süleymanlı Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Olimpiyadunyasi.com şahmatçımızın açıqlamasını Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən təqdim edir.
Beynəlxalq qrossmeyster komandanın çıxışı barədə bunları deyib: “Reytinqə görə yarışda 16-cı komanda olmağımıza baxmayaraq pis təsir bağışlamadıq. Həm rapid, həm də blitsdə gözləniləndən daha yaxşı çıxış etdik. Rapid yarışında güclü heyətə malik “WR Chess” komandasına qalib gəldik. Blitsdə qrupdan çıxdıq, amma Özbəkistanla mübarizədə bəxt tərəfimizdə olmadı. İkinci oyunda 2,5:3,5 hesabıyla uduzduq, halbuki qələbə qazana bilərdik. Ümumilikdə nəticəni qənaətbəxş hesab edirəm”.
Azərbaycan millisinin üzvü FIDE reytinqində birinci yerin sahibi Maqnus Karlsenlə oyunu heç vaxt unutmayacağını bildirib: “Turnirdən əvvəl kapitanımız Rauf Məmmədovla danışanda birinci lövhədə oynamaq istəyimi söylədim. Çünki dünya çempionu Maqnus Karlsenə qarşı mübarizə aparmaq istəyirdim. Fikrimcə, hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın. Mən arzuma çatdım, hətta qalib də gəldim. Maqnus çox böyük şahmatçıdır, ona qalib gəlmək bəzi insanlar üçün imkansızdı. Əvvəllər mən də mümkünsüz kimi düşünürdüm, lakin qələbə qazanmağı bacardım. Bu anı və oyunu heç vaxt unutmayacam.
Maqnus şahmat tarixinin ən güclü təmsilçisidir. 90% insanlar bu fikirdədir. Karlsenə qarşı istənilən oyunda mübarizə aparmaq çox çətindi. Rapid oyununda vaxt azaldıqca şanslar tükənir. Ona görə bu qələbə özümə daha çox inanmağa kömək etdi. Maqnusla oyundan sonra digər rəqiblərə başqa fikirlə yanaşıram. Növbəti oyunlarda şanslarımı daha çox dəyərləndirirəm”.
Aydın Süleymanlı sonda hamıya minnətdarlığını bildirib: “Mənə dəstək olan, xoş sözlər yazan hər kəsə təşəkkür etmək istəyirəm. Hər yarışdan öncə ailə üzvlərimə birinci olacağımı söyləyirəm. Çünki onlar ilk gündən məni dəstəkləyir və uğuruma inanır. Fikrimcə, valideynlərim də Maqnusə qalib gələcəyimi gözləmirdi”.
Qeyd edək ki, Aydın Süleymanlı 2-5 iyul tarixlərində Amerika Birləşmiş Ştatlarında keçiriləcək rapid və blits turnirində iştirak edəcək.