SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Badmintonçumuz Serbiyada bürünc medala sahib oldu 

Badmintonçumuz Serbiyada bürünc medala sahib oldu 

İdman

Bugün, 11:50

Azərbaycanın yeniyetmə badmintonçusu Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində keçirilən "Serbian U-17 International" turnirində bürünc medal qazanıb.

Olimpiyadunyasi.com Azərbaycan Badminton Federasiyasına istinadən xəbər verir ki, Leyla Camalzadə ilk görüşdə Rumıniya təmsilçisi Ariana Qiurqievə 2:0 (21:5, 21:6) hesabı ilə qalib gəlib. Badmintonçu 1/16 finalda Xorvatiya idmançısı Maya Praniçi mübarizədən kənarlaşdırıb – 2:1 (22:20, 16:21, 21:15).

1/8 finalda Türkiyə badmintonçusu Elanur Taşkıranı 2:0 (21:19, 21:15) hesabı ilə məğlub edən təmsilçimiz 1/4 finalda polşalı Hanna Vileqaya ilə çətin görüşdə qələbə qazanıb – 2:1 (21:7, 15:21, 21:19).

Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Leyla Camalzadə turnirin qalibi olan bolqarıstanlı Mariya Popovaya uduzub – 0:2 (16:21, 14:21).

Dİgər xəbərlər